Gürcüstanın
Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə
Hörmətli
xanım Prezident,
Dost
Gürcüstanın milli bayramı – Müstəqillik
Günü münasibətilə Sizə və bütün
xalqınıza şəxsən öz adımdan və Azərbaycan
xalqı adından ən xoş arzularımı və səmimi
təbriklərimi yetirirəm.
Azərbaycan-Gürcüstan
mehriban qonşuluq və strateji tərəfdaşlıq
münasibətlərinin bugünkü səviyyəsi məmnunluq
doğurur. Ölkələrimiz arasındakı yüksək
səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə
daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrimizin səciyyəvi cəhətlərindəndir.
Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın
rifahı naminə birgə səylərimizlə bundan sonra da
uğurla davam edəcəkdir.
Bəşəriyyətin
üzləşdiyi COVID-19 pandemiyasının
yaratdığı bu çətin zamanda da Azərbaycan
xalqının Gürcüstan xalqı ilə həmrəy
olduğunu bildirmək istəyirəm.
Fürsətdən
istifadə edərək Sizə möhkəm
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər,
dost Gürcüstan xalqına daim rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 may
2020-ci il.
Azərbaycan.-2020.-
1 iyun.- S.5.