İordaniyanın
Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət.
Ölkənizin
milli bayramı – Müstəqillik Günü münasibətilə
Sizə və bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən xoş arzularımı və
təbriklərimi yetirirəm.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər,
dost İordaniya xalqına daim firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 may
2020-ci il.
Azərbaycan.-2020.-
1 iyun.- S.5.