Xorvatiya
Respublikasının Prezidenti zati-aliləri cənab Zoran
Milanoviçə
“Hörmətli
cənab Prezident,
Xorvatiyanın
milli bayramı – Dövlətçilik Günü münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi və
xoş arzularımı yetirirəm.
Bu il
diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edən
Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası
arasındakı mövcud əməkdaşlığın
bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm
ki, bütün sahələrdə uğurla davam edən
strateji tərəfdaşlıq münasibətlərimiz birgə
səylərimizlə bundan sonra daha da möhkəmlənəcəkdir.
Ölkələrimiz
arasında enerji sahəsində gələcəkdə səmərəli
əməkdaşlıq üçün yaxşı imkanlar və
perspektivlər vardır.
Azərbaycanın
Avropa İttifaqı ilə əməkdaşlığına
Avropa İttifaqı Şurasının sədri qismində
Xorvatiyanın verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Bəşəriyyətin
COVID-19 pandemiyası ilə mübarizə apardığı
bir zamanda Azərbaycan xalqının dost Xorvatiya xalqı ilə
həmrəy olduğunu bildirmək istəyirəm.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, xalqınıza daim
rifah arzulayıram”.
İlham Əliyev, Azərbayvan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 may 2020-ci il
Azərbaycan.-2020.- 1 iyun.- S.5.