İtaliya
Respublikasının Prezidenti zati-aliləri cənab Sercio
Mattarellaya
Azərbaycan
Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya
ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə
təbrik məktubu göndərib.
AZƏRTAC
xəbər verir ki, məktubda Azərbaycan ilə İtaliya
arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin bugünkü səviyyəsinin və
dinamikasının böyük məmnunluq hissi
doğurduğu bildirilib. "Cari ilin fevral ayında gözəl
ölkənizə dövlət səfəri zamanı Sizinlə
səmimi şəraitdə keçən görüşlərimizi,
apardığımız danışıqları, mənə
və Mehriban xanım Əliyevaya göstərilən yüksək
diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla
xatırlayıram”, – deyə dövlətimizin
başçısı qeyd edib.
Azərbaycan
Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz
arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət,
müdafiə və digər sahələrdə mövcud olan
yüksək səviyyəli dialoq və əməkdaşlıq
münasibətləri birgə səylərimizlə bundan
sonra da uğurla inkişaf edəcək.
"Eyni
zamanda koronavirus xəstəliyinə qarşı mübarizədə
Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy
olduğunu bir daha qeyd etmək istəyirəm”, - deyə
dövlətimizin başçısı vurğulayıb.
Prezident
İlham Əliyev Prezident Sercio Mattarellaya möhkəm
cansağlığı, işlərində müvəffəqiyyətlər,
İtaliya xalqına daim rifah arzulayıb.
Azərbaycan.-2020.- 2 iyun.- S.3.