“Kiçik
sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Auditor xidməti haqqında”,
"İnvestisiya fəaliyyəti
haqqında”, "Müflisləşmə
və iflas haqqında”, "Kiçik
sahibkarlığa dövlət
köməyi haqqında”,
"Yeyinti məhsulları
haqqında”, "Notariat
haqqında”, "Kredit
ittifaqları haqqında”
və "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
3 may tarixli 1585-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
"Kiçik sahibkarlığa
dövlət köməyi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
481; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 10, maddə 573; 2007, ¹ 12, maddə
1246; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) 2-ci hissəsinin
dördüncü abzasından
"5-ci maddəsində,” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun
2020-ci il
Azərbaycan.-2020.-
2 iyun.- S.3.