Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqındaAzərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 4, maddə 233; 2008, ¹ 3, maddə 168; 2009, ¹ 7, maddə 532; 2018, ¹ 9, maddə 1831, ¹ 11, maddə 2265) 2.4-cü bəndi ləğv edilsin.

2. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 598; 2008, ¹ 6, maddə 496; 2017, ¹ 5, maddə 800; 2018, ¹ 11, maddə 2265) 1.4-cü bəndi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2020-ci il

Azərbaycan.-2020.- 2 iyun.- S.3.