“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli
68-VIQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 1 may tarixli
68-VIQD nömrəli Qanununun
2020-ci il iyunun 1-dən
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 4 (II kitab), maddə
257; 2015, ¹ 5, maddə 542; 2018, ¹ 3, maddə 447, ¹ 4, maddə
679) 2.5-ci bəndi ləğv
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il
1 may tarixli 68-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. Bu Fərman 2020-ci il
iyunun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2020-ci il
Azərbaycan.-2020.- 2 iyun.- S.5.