Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və
radio yayımı haqqında”, “Azərbaycan Respublikası
Dövlət bayrağının istifadəsi qaydaları
haqqında” və “İctimai televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikası Qanununun icrası ilə əlaqədar qərara
alır:
Maddə
1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli
74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284;
2000, ¹ 6, maddə 380, ¹ 12, maddələr 832, 834; 2003, ¹ 2, maddə
77; 2004, ¹ 5, maddə 314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹
12, maddə 1005; 2007, ¹ 8, maddə 755, ¹ 11, maddələr 1049,
1081; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 4, maddə
358; 2016, ¹ 1, maddə 35; 2019, ¹ 1, maddə 1, ¹ 8, maddə 1365)
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli
Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinin
dördüncü hissəsinə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
"Azərbaycan
Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi
zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa
edilir.”.
Maddə
2. "Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 583; 2004, ¹ 1, maddə 10;
2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 469; 2006, ¹ 11, maddə 932, ¹
12, maddə 1005; 2007, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə
1053; 2009, ¹ 6, maddə 394; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 2, maddə
70; 2015, ¹ 4, maddə 354; 2016, ¹ 12, maddə 1987; 2018, ¹ 2, maddə
153, ¹ 6, maddə 1167, ¹ 12 (I kitab), maddə 2477; 2019, ¹ 12, maddə
1882) aşağıdakı məzmunda 40.2.1-1-ci maddə əlavə
edilsin:
"40.2.1-1.
Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər
Azərbaycan Respublikasının televiziya və radio
yayımlarının əvvəlində "Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə
qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun
6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;”.
Maddə
3. "Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 515; 2005, ¹ 10, maddə 874;
2010, ¹ 4, maddə 276; 2013, ¹ 11, maddə 1303; 2019, ¹ 11, maddə
1683, ¹ 12, maddə 1916) aşağıdakı məzmunda
1.4-cü maddə əlavə edilsin:
"1.4.
Azərbaycan Respublikasının Dövlət bayrağı
qaldırılarkən və ya asılarkən, Azərbaycan
Respublikasının Dövlət Himninin mütləq ifa
edildiyi hallar "Azərbaycan Respublikasının Dövlət
Himnindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.”.
Maddə
4. "İctimai televiziya və radio yayımı haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 888;
2006, ¹ 3, maddə 224, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr
435, 442, ¹ 12, maddə 1218; 2009, ¹ 10, maddə 772; 2011, ¹ 2, maddə
70; 2012, ¹ 9, maddə 839; 2015, ¹ 5, maddə 493, ¹ 11, maddə
1281; 2016, ¹ 12, maddə 1988; 2018, ¹ 6, maddə 1170, ¹ 12 (I kitab),
maddə 2478; 2019, ¹ 4, maddə 599, ¹ 12, maddə 1882)
aşağıdakı məzmunda 7.1.1-1-ci maddə əlavə
edilsin:
"7.1.1-1.
Azərbaycan Respublikasının Dövlət Himninin hər səhər
ictimai yayımın əvvəlində "Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə
qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun
6.2-ci maddəsinə uyğun olaraq səsləndirilməsi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 may
2020-ci il
Azərbaycan.-2020.-
2 iyun.- S.3.