Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4
(II kitab), maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹
1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr
236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr
276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12 (I kitab), maddə 676;
2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə
598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6,
maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə
994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr
1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr
560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11,
maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr
454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə 472,
¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4, maddə 364, ¹ 5, maddələr 459, 479,
481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr 1264, 1286,
1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359,
368, ¹ 5, maddələr 504, 508, 510, ¹ 6, maddələr 678, 690,
692, ¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹ 12, maddələr
1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə
845, ¹ 6, maddələr 993, 1001, ¹ 12, maddələr 1983, 1999,
2008, 2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330, ¹ 5,
maddələr 694, 697, 700, 702, 733, ¹ 7, maddələr 1268, 1271,
1293, ¹ 11, maddələr 1968, 1978, ¹ 12 (I kitab), maddə 2231;
2018, ¹ 3, maddə 403, ¹ 5, maddə 861, ¹ 6, maddə 1154, ¹ 7 (I
kitab), maddə 1441, ¹ 10, maddə 1972, ¹ 11, maddə 2213, ¹ 12 (I
kitab), maddə 2472; 2019, ¹ 4, maddə 586, ¹ 7, maddə 1201, ¹ 8,
maddə 1367; Azərbaycan Respublikasının 2020-ci il 17 mart
tarixli 28-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
44.2-ci maddədə "on mislinədək miqdarda” sözlərindən
sonra ", habelə cinayətin predmetinin dəyərinin
yüz faizinədək miqdarda” sözləri əlavə
edilsin.
1.2.
47.4.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"47.4.5.
hərbi qulluqçulara.”.
1.3.
49.3-cü maddənin ikinci cümləsində və
69.3-cü maddədə "üç” sözü
"dörd” sözü ilə əvəz edilsin.
1.4.
68-ci maddə üzrə:
1.4.1.
68.1.3-cü maddədə "üç” sözü
"dörd” sözü ilə əvəz edilsin;
1.4.2.
68.2-ci maddədə "cəza” sözündən sonra
"ictimai işlər,” sözləri əlavə edilsin;
1.4.3.
aşağıdakı məzmunda 68.3-cü və 68.4-cü
maddələr əlavə edilsin:
"68.3.
Cinayətlərin məcmusu və hökmlərin məcmusu
üzrə cəzalar qismən və ya tamamilə
toplanılarkən azadlığın məhdudlaşdırılmasının
bir gününə:
68.3.1.
islah işlərinin iki günü;
68.3.2.
ictimai işlərin dörd saatı bərabər tutulur.
68.4.
Cinayətlərin məcmusu və hökmlərin məcmusu
üzrə cəzalar qismən və ya tamamilə
toplanılarkən islah işlərinin bir gününə
ictimai işlərin iki saatı bərabər tutulur.”.
1.5.
71.1-ci maddədən "və məhkumluğun
götürülməsi” sözləri
çıxarılsın və maddəyə
aşağıdakı məzmunda ikinci və
üçüncü cümlələr əlavə edilsin:
"Məhkəmə
şərti məhkum etmənin ləğv edilməsi qənaətinə
gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə
cəzadan da azad edə bilər. Şərti məhkum etmə
ləğv edildikdə məhkumun əlavə cəzası
olmadığı və ya o, əlavə cəzadan tamamilə
azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin
məhkumluğunun götürülməsi barədə qərar
qəbul edir.”.
1.6.
72-ci maddənin "Qeyd” hissəsinin mətni birinci bənd
hesab edilsin və həmin hissəyə
aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər
əlavə edilsin:
"2.
Bu Məcəllənin 72 - 73-2-ci maddələrində nəzərdə
tutulan cinayət əməli iştirakçılıqla
törədildiyi hallarda, zərərçəkmiş şəxsə
dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və
73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət
büdcəsinə ödəniş cinayətin
iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının
xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə
nail olunmasında belə iştirakın əhəmiyyətindən,
vurulmuş zərərin həcminə və xarakterinə onun
təsirindən asılı olaraq məhkəmə tərəfindən
müəyyən olunmuş pay üzrə ödənilir.
3. Bu
Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində
nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən
asılı olmayan səbəblərə görə başa
çatmadığı hallarda, şəxsin həmin maddələrdə
nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən
azad edilməsi məsələsinə baxılarkən,
dövlət büdcəsinə ödəniş başa
çatmayan cinayətə görə qəsdin yönəldiyi
əmlakın on faizi miqdarında müəyyən olunur.”.
1.7.
73-1-ci maddə üzrə:
1.7.1.
73-1.1-ci maddədə "179.1” rəqəmlərindən
sonra ", 185.1” rəqəmləri əlavə edilsin;
1.7.2.
73-1.2-ci maddədə "bir misli” sözləri "iyirmi
beş faizi” sözləri ilə əvəz edilsin;
1.7.3.
73-1.3-cü maddədə "iki misli” sözləri "əlli
faizi” sözləri ilə əvəz edilsin.
1.8.
73-2-ci maddə üzrə:
1.8.1.
73-2.1-ci maddədə "209.1, 209.2.2” rəqəmləri
"209” rəqəmləri ilə əvəz edilsin;
1.8.2.
73-2.2-ci maddədən "209.2.1, 209.3,” rəqəmləri
çıxarılsın.
1.9.
79.3-cü maddədən ", yaxud məhkum edilmiş şəxsi
cəzanın qalan hissəsini çəkmək
üçün müvafiq müəssisəyə göndərir”
sözləri çıxarılsın.
1.10.
Aşağıdakı məzmunda 80-1-ci maddə əlavə
edilsin:
"Maddə
80-1. Zərərçəkmiş şəxslə
barışmaqla, cinayət nəticəsində vurulmuş
ziyanı və ya əldə edilmiş gəliri tamamilə
ödəməklə bağlı cəza çəkməkdən
azad etmə
Məhkum
edilmiş şəxs cəza çəkdiyi dövrdə
cinayət məsuliyyətdən azad etmə ilə
bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və
73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı
maddələrinin "Qeyd” hissələrində nəzərdə
tutulmuş şərtləri yerinə yetirdikdə cəza
çəkməkdən azad edilir.”.
1.11.
83.3-cü maddə üzrə:
1.11.1.
83.3.1-ci maddədə "çatdıqda” sözündən
sonra ", çəkilməmiş əlavə cəzası
olduğu hallarda isə həmçinin əlavə cəza
icra olunub qurtardıqda” sözləri əlavə edilsin;
1.11.2.
aşağıdakı məzmunda 83.4-1-ci maddə əlavə
edilsin:
"83.4-1.
Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas
cəzasını çəkməkdən vaxtından əvvəl
azad edilmiş və ya cəzasının çəkilməmiş
hissəsi daha yüngül cəza növü ilə əvəz
edilmiş şəxsin çəkilməmiş əlavə
cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi
müddəti əlavə cəzanın çəkilib
qurtardığı gündən hesablanır.”.
1.12.
85.5-ci maddədə ikinci cümlə üçüncü
cümlə hesab edilsin və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Yetkinlik
yaşına çatmayanlara cinayətlərin və ya
hökmlərin məcmusu üzrə cəza təyin edilərkən
məcmuya daxil olan cinayətlərdən birinə görə
on il müddətinə azadlıqdan məhrum etmə cəzası
təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı
daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin
edilir.”.
1.13.
99-4.4 - 99-4.7-ci maddələr müvafiq olaraq 99-4.3 -
99-4.6-cı maddələr hesab edilsin.
1.14.
99-7.2-ci maddədə "99-5.3” rəqəmləri
"99-5.4” rəqəmləri ilə əvəz edilsin.
1.15.
162.1-ci maddədən "və ya az ağır” sözləri
çıxarılsın.
1.16.
167-2-ci maddə üzrə:
1.16.1.
167-2.1-ci maddənin sanksiyasında "və ya” sözlərindən
sonra "iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya” sözləri əlavə edilsin;
1.16.2.
167-2.2-ci maddənin sanksiyasında "və ya” sözlərindən
sonra "iki ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya” sözləri əlavə edilsin.
1.17.
186.1-ci maddənin sanksiyasında "iki min manatdan dörd min
manatadək” sözləri "cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç mislinədək”
sözləri ilə əvəz edilsin.
1.18.
187.1-ci maddənin sanksiyasında "min manatdan iki min manatadək”
sözləri "cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək” sözləri
ilə əvəz edilsin.
1.19.
188-ci maddə üzrə:
1.19.1.
188.1-ci maddənin sanksiyasında "və ya” sözlərindən
sonra "iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya” sözləri əlavə edilsin;
1.19.2.
188.2-ci maddənin sanksiyasında "bir ildən” sözlərindən
əvvəl "bir ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya” sözləri əlavə edilsin;
1.19.3.
188.3-cü maddənin sanksiyasında "üç”
sözü "üç ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki” sözləri ilə əvəz edilsin.
1.20.
190-cı maddə üzrə:
1.20.1.
190.2-ci maddənin sanksiyasında "mislindən dörd mislinədək
miqdarda” sözləri "misli miqdarında” sözü ilə
əvəz edilsin;
1.20.2.
"Qeyd” hissəsində "iyirmi” sözü "əlli”
sözü ilə, birinci, ikinci və üçüncü
hallarda "yüz” sözü "iki yüz” sözləri
ilə əvəz edilsin.
1.21.
192-ci maddə üzrə:
1.21.1.
192.1-ci maddənin dispozisiyasında "vətəndaşlara,
təşkilatlara və ya” sözləri "fiziki və ya
hüquqi şəxslərə, yaxud” sözləri ilə əvəz
edilsin;
1.21.2.
192.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, "altı ayadək
müddətə azadlığın məhdudlaşdırılması”
sözləri "bir ilədək müddətə islah
işləri” sözləri ilə əvəz edilsin;
1.21.3.
192.2-ci maddənin sanksiyasında "mislindən beş mislinədək
miqdarda” sözləri "misli miqdarında” sözləri ilə
əvəz edilsin.
1.22.
192-1-ci maddə üzrə:
1.22.1.
192-1.1 və 192-1.2-ci maddələrin dispozisiyasında "vətəndaşlara,
təşkilatlara və ya” sözləri "fiziki və ya
hüquqi şəxslərə, yaxud” sözləri ilə əvəz
edilsin;
1.22.2.
192-1.1 və 192-1.2-ci maddələrin sanksiyasında
"dörd” sözü "üç” sözü ilə əvəz
edilsin;
1.22.3.
192-1.3-cü maddənin sanksiyasında "mislindən beş
mislinədək miqdarda” sözləri "misli miqdarında”
sözləri ilə əvəz edilsin.
1.23.
193.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 193.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.24.
194-cü maddə üzrə:
1.24.1.
194.1-1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə əvəz edilsin;
1.24.2.
194.2-ci maddənin sanksiyasında "yeddi” sözü
"altı” sözü ilə əvəz edilsin.
1.25.
195.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 195.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.26.
195-1-ci maddə üzrə:
1.26.1.
195-1.1-ci maddənin sanksiyasında "dörd mislinədək
miqdarda cərimə” sözləri "üç mislinədək
miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması” sözləri
ilə əvəz edilsin;
1.26.2.
195-1.2-ci maddənin sanksiyasında "mislindən beş
mislinədək miqdarda” sözləri "misli miqdarında”
sözləri ilə əvəz edilsin;
1.26.3.
195-1.3-cü maddənin sanksiyasında "mislindən altı
mislinədək miqdarda” sözləri "misli miqdarında”
sözləri ilə əvəz edilsin.
1.27.
195-2.1-ci maddənin sanksiyasında "bir” sözü
"iki” sözü ilə, 195-2.2-ci maddənin sanksiyasında
"mislindən beş mislinədək miqdarda” sözləri
"misli miqdarında” sözləri ilə əvəz edilsin.
1.28.
196.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 196.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək
miqdarında” sözləri "misli miqdarında” sözləri
ilə əvəz edilsin.
1.29.
197.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 197.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək
miqdarında” sözləri "misli miqdarında” sözləri
ilə əvəz edilsin.
1.30.
198.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 198.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.31.
200-2.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 200-2.3-cü maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.32.
201.2-ci maddənin sanksiyasında "yeddi” sözü
"beş” sözü ilə əvəz edilsin.
1.33.
201-1.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 201-1.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.34.
202.2-ci, 202-1.2-ci və 202-2.1-ci maddələrin sanksiyasında
"üç mislindən beş mislinədək miqdarda”
sözləri "iki misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.35.
203.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 203.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.36.
203-1.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 203-1.2-ci maddənin sanksiyasında
"mislindən beş mislinədək miqdarda” sözləri
"misli miqdarında” sözləri ilə əvəz edilsin.
1.37.
205-2.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 205-2.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.38.
206-cı maddə üzrə:
1.38.1.
206.1-ci maddənin dispozisiyasında "külli” sözü
"xeyli” sözü ilə əvəz edilsin;
1.38.2.
206.1-ci maddənin sanksiyasında "beş” sözü
"cinayətin predmetinin dəyərinin qırx faizindən
altmış faizinədək miqdarında cərimə və
ya cinayətin predmetinin dəyərinin qırx faizindən
altmış faizinədək miqdarında cərimə edilməklə
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç”
sözləri ilə əvəz edilsin;
1.38.3.
aşağıdakı məzmunda 206.1-1-ci və 206.1-2-ci maddələr
əlavə edilsin:
"206.1-1.
Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər külli miqdarda törədildikdə
-
cinayətin
predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək
miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin
əlli faizindən yetmiş faizinədək miqdarında cərimə
edilməklə iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.1-2.
Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
törədildikdə -
cinayətin
predmetin dəyərinin altmış faizindən səksən
faizinədək miqdarında cərimə və ya cinayətin
predmetin dəyərinin altmış faizindən səksən
faizinədək miqdarında cərimə edilməklə
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
1.38.4.
maddənin "Qeyd” hissəsinin birinci bəndi
aşağıdakı redaksiyada verilsin:
"1.
Bu Məcəllənin 206.1-ci maddəsində "xeyli miqdar”
dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min
manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində
"külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı,
lakin beş yüz min manatdan artıq olmayan məbləğ,
206.1-2-ci maddəsində "xüsusilə külli miqdar”
dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ
başa düşülür.”.
1.39.
207-ci maddənin sanksiyasında "səkkiz” sözü
"yeddi” sözü ilə əvəz edilsin.
1.40.
209-cu maddə üzrə:
1.40.1.
209.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 209.2-ci və 209.3-cü
maddələrin sanksiyasında "mislindən beş mislinədək
miqdarda” sözləri "misli miqdarında” sözləri ilə
əvəz edilsin;
1.40.2.
"Qeyd” hissəsində birinci və ikinci halda "yüz”
sözü "iki yüz” sözləri ilə əvəz
edilsin;
1.41.
210.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 210.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.42.
211.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 211.2-ci maddənin sanksiyasında
"mislindən beş mislinədək miqdarda” sözləri
"misli miqdarında” sözləri ilə əvəz edilsin.
1.43.
212.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə, 212.2-ci maddənin
sanksiyasında "mislindən beş mislinədək miqdarda”
sözləri "misli miqdarında” sözləri ilə əvəz
edilsin.
1.44.
213-cü maddə üzrə:
1.44.1.
213.1-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə əvəz edilsin;
1.44.2.
213.2-ci və 213.3-cü maddələrin sanksiyasında
"mislindən beş mislinədək miqdarda” sözləri
"misli miqdarında” sözləri ilə əvəz edilsin;
1.44.3.
"Qeyd” hissəsində "iyirmi min manatdan yuxarı, lakin
yüz min manatdan artıq olmayan məbləğ,
"külli miqdar” dedikdə” sözləri "əlli min
manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ,
"külli miqdar” dedikdə iki” sözləri ilə əvəz
edilsin.
1.45.
213-1-ci maddənin "Qeyd” hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Qeyd:
Bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində
"xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək
olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində
"külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ
başa düşülür.”.
1.46.
215.1-ci maddədə "təşkilatı və ya vətəndaşı”
sözləri "fiziki və ya hüquqi şəxsi”
sözləri ilə əvəz edilsin.
1.47.
221-ci maddə üzrə:
1.47.1.
221.2-ci maddənin sanksiyasında "dörd” sözü
"üç” sözü ilə əvəz edilsin;
1.47.2.
221.3-cü maddənin sanksiyasında "altı” sözü
"beş” sözü ilə əvəz edilsin.
1.48.
222-ci maddə üzrə:
1.48.1.
222.3-cü maddənin sanksiyasında "on” sözü
"yeddi” sözü ilə əvəz edilsin;
1.48.2.
aşağıdakı məzmunda 222.4-cü maddə əlavə
edilsin:
"222.4.
Eyni əməllər ehtiyatsızlıqdan iki və daha
çox şəxsin ölümünə səbəb olduqda
-
üç
ilədək müddətə müəyyən vəzifə
tutmaq və ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
1.49.
223-cü maddə üzrə:
1.49.1.
223.2-ci maddənin sanksiyasında "yeddi” sözü
"altı” sözü ilə əvəz edilsin;
1.49.2.
aşağıdakı məzmunda 223.3-cü maddə əlavə
edilsin:
"223.3.
Eyni əməllər ehtiyatsızlıqdan iki və daha
çox şəxsin ölümünə səbəb olduqda
-
üç
ilədək müddətə müəyyən vəzifə
tutmaq və ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
1.50.
225-ci maddə üzrə:
1.50.1.
225.2-ci maddənin sanksiyasında "yeddi” sözü
"altı” sözü ilə əvəz edilsin;
1.50.2.
aşağıdakı məzmunda 225.3-cü maddə əlavə
edilsin:
"225.3.
Eyni əməllər ehtiyatsızlıqdan iki və daha
çox şəxsin ölümünə səbəb olduqda
-
üç
ilədək müddətə müəyyən vəzifə
tutmaq və ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
1.51.
233-4.3-cü maddənin sanksiyasında "mislindən dörd
mislinədək miqdarda” sözləri "misli miqdarında”
sözləri ilə əvəz edilsin.
1.52.
240-cı maddənin "Qeyd” hissəsinin mətni birinci bənd
hesab edilsin və həmin hissəyə
aşağıdakı məzmunda ikinci bənd əlavə
edilsin:
"2.
Narkotik vasitələrə və psixotrop maddələrə
aid olmayan güclü təsir edən və ya zəhərli
maddələri könüllü surətdə təhvil verən,
yaxud güclü təsir edən və ya zəhərli maddələrin
qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin
açılmasında və ya qarşısının
alınmasında, bu əməlləri törətmiş
şəxslərin aşkar edilməsində, cinayət yolu ilə
əldə edilmiş əmlakın tapılmasında fəal
iştirak etmiş şəxs cinayət məsuliyyətindən
azad edilir.”.
1.53.
255.2-ci maddənin sanksiyasında "üç mislindən
beş” sözləri "iki mislindən üç” sözləri
ilə əvəz edilsin;
1.54.
256-cı maddənin "Qeyd” hissəsində "dörd
yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci
maddəsində "külli miqdar” dedikdə isə” sözləri
"min manatdan yeddi min manatadək olan məbləğ,
256.2.1-ci maddəsində "külli miqdar” dedikdə isə
yeddi” sözləri ilə əvəz edilsin.
1.55.
258-ci maddənin "Qeyd” hissəsində "dörd yüz
manatdan” sözləri "min manatdan yeddi” sözləri ilə
əvəz edilsin və "külli miqdar” dedikdə isə”
sözlərindən sonra "yeddi” sözü əlavə
edilsin.
1.56.
265-ci maddə üzrə:
1.56.1.
265.1-ci maddənin dispozisiyasından "və ya ağır”
sözləri çıxarılsın;
1.56.2.
265.1-ci maddənin sanksiyası aşağıdakı
redaksiyada verilsin:
"iki
min manatdan dörd min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə islah işləri ilə və
ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.56.3.
aşağıdakı məzmunda 265.1-1-ci maddə əlavə
edilsin:
"265.1-1.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda -
üç
min manatdan altı min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.56.4.
265.2-ci maddənin dispozisiyasında "Eyni hərəkətlər”
sözləri "Bu Məcəllənin 265.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər” sözləri
ilə əvəz edilsin.
1.57.
265-1-ci maddə üzrə:
1.57.1.
265-1.1-ci maddənin dispozisiyasından "və ya
ağır” sözləri çıxarılsın;
1.57.2.
265-1.1-ci maddənin sanksiyasında "üç min manatdan
altı min manatadək miqdarda cərimə və ya iki”
sözləri "iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir” sözləri ilə əvəz edilsin;
1.57.3.
aşağıdakı məzmunda 265-1.1-1-ci maddə əlavə
edilsin:
"265-1.1-1.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda -
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç min
manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.57.4.
265-1.2-ci maddənin dispozisiyasında "Eyni” sözü
"Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə
tutulmuş” sözləri ilə əvəz edilsin.
1.58.
266-cı maddə üzrə:
1.58.1.
266.3-cü maddənin dispozisiyasında "həlak
olmasına” sözləri "ölümünə”
sözü ilə əvəz edilsin;
1.58.2.
aşağıdakı məzmunda "Qeyd” hissəsi əlavə
edilsin:
"Qeyd:
Bu Məcəllənin 266.1-ci maddəsində "külli
miqdar” dedikdə əlli min manatdan yuxarı olan m?bl?ğ
başa düşülür. ".
1.59.
267-ci maddə üzrə:
1.59.1.
267.1-ci maddənin dispozisiyasından "və ya ağır”
sözləri çıxarılsın;
1.59.2.
267.1-ci maddənin sanksiyasında "iki ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə” sözləri "bir ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması”
sözləri ilə əvəz edilsin;
1.59.3.
aşağıdakı məzmunda 267.1-1-ci maddə əlavə
edilsin:
"267.1-1.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda -
üç
min manatdan dörd min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.59.4.
267.2-ci maddənin dispozisiyasında "Eyni” sözü
"Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə
tutulmuş " sözləri ilə əvəz edilsin;
1.59.5.
267.3-cü maddənin dispozisiyasında "həlak
olmasına” sözləri "ölümünə”
sözü ilə əvəz edilsin.
1.60.
268-ci maddə üzrə:
1.60.1.
268.1-ci maddənin dispozisiyasında "və ya ağır zərər
vurulmasına və ya külli miqdarda ziyan” sözləri
"zərər” sözü ilə əvəz edilsin;
1.60.2.
268.1-ci maddənin sanksiyasında "altı” sözü
"beş” sözü ilə əvəz edilsin, "iki”
sözü (hər iki halda) "bir” sözü ilə əvəz
edilsin;
1.60.3.
aşağıdakı məzmunda 268.1-1-ci maddə əlavə
edilsin:
"268.1-1.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda -
dörd
min manatdan altı min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.60.4.
268.2-ci maddədə "ölümünə” sözündən
sonra "və ya digər ağır nəticələrə”
sözləri əlavə edilsin.
1.61.
272.1-ci maddənin sanksiyasında "cərimə”
sözündən sonra "və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması” sözləri
əlavə edilsin.
1.62.
273.1-ci maddənin sanksiyasında "cərimə”
sözündən sonra "və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması” sözləri
əlavə edilsin.
1.63.
302-ci maddə üzrə:
1.63.1.
302.1-ci maddənin sanksiyasında "edilməməklə”
sözündən sonra "iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya” sözləri əlavə edilsin;
1.63.2.
302.2-ci maddənin sanksiyasında "edilməməklə”
sözündən sonra "iki ildən dörd ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya” sözləri əlavə edilsin.
1.64.
306-cı maddənin "Qeyd” hissəsində "məhkəmə
tərəfindən hökm çıxarılanadək”
sözləri "həmin əməllərlə
bağlı hökm qanuni qüvvəyə minənədək”
sözləri ilə əvəz edilsin.
1.65.
308.1-ci maddənin sanksiyasında "islah işləri və
ya” sözlərindən sonra "üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya” sözləri əlavə edilsin.
1.66.
308-2.4-cü maddənin sanksiyasında "mislindən dörd
mislinədək miqdarda” sözləri "misli miqdarında”
sözləri ilə əvəz edilsin.
1.67.
312.1-ci maddənin sanksiyasında "cərimə və ya
" sözlərindən sonra "üç ildən
beş ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya” sözləri əlavə edilsin.
1.68.
315-ci maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"Hakimiyyət
nümayəndəsinə xidməti vəzifələrini
yerinə yetirərkən zor tətbiq etməklə müqavimət
göstərmə və ya xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar ona və ya onun
yaxın qohumlarına qarşı zor tətbiq etmə -
iki
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”.
1.69.
318-2-ci maddə ləğv edilsin.
1.70.
322.1-ci maddədə "vətəndaş və ya təşkilat”
sözləri "fiziki və ya hüquqi şəxs” sözləri
ilə əvəz edilsin.
1.71.
328-ci maddə üzrə:
1.71.1.
328.1-ci maddədə "əhəmiyyətli” sözü
"mühüm” sözü ilə əvəz edilsin;
1.71.2.
328.2.1-ci maddədən "və ya mütəşəkkil dəstə”
sözləri çıxarılsın;
1.71.3.
328.3-cü maddənin sanksiyasına "iki ilədək
müddətə intizam” sözlərindən əvvəl
"iki ilədək müddətə hərbi xidmət
üzrə məhdudlaşdırma və ya” sözləri əlavə
edilsin;
1.71.4.
"Qeyd” hissənin 3-cü bəndində
"Döyüş şəraiti” sözləri "Bu fəslin
müvafiq maddələrində "döyüş şəraiti”
sözləri ilə əvəz edilsin.
1.72.
329-cu və 330-cu maddələr aşağıdakı
redaksiyada verilsin:
"Maddə
329. Tabelikdə olan hərbi qulluqçuya qarşı
zorakı hərəkətlər
329.1.
Hərbi xidmət üzrə vəzifələrin yerinə
yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz
tabeliyində olan şəxsə zor tətbiq etməsi -
bir
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya bir ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.2.
Eyni əməllər:
329.2.1.
təkrar törədildikdə;
329.2.2.
iki və ya daha çox şəxsə qarşı törədildikdə;
329.2.3.
bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
329.2.4.
silah tətbiq etməklə törədildikdə;
329.2.5.
zərərçəkmiş şəxsin
sağlamlığına qəsdən az ağır zərər
vurmaqla törədildikdə;
329.2.6.
işgəncə verməklə törədildikdə -
bir
ildən iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3.
Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən
ağır zərər vurduqda və ya digər ağır nəticələrə
səbəb olduqda -
üç
ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə
330. Rəisə qarşı zorakı hərəkətlər
330.1.
Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə
yetirən digər şəxsə hərbi xidmət üzrə
öz vəzifəsini yerinə yetirməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
zor tətbiq etmə və ya zor tətbiq etməklə
müqavimət göstərmə -
iki
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.2.
Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə
yetirən digər şəxsə hərbi xidmət üzrə
öz vəzifəsini yerinə yetirməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi
ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə -
iki
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.3.
Bu Məcəllənin 330.1 və 330.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər:
330.3.1.
bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
330.3.2.
təkrar törədildikdə;
330.3.3.
iki və ya daha çox şəxs barəsində törədildikdə;
330.3.4.
silah tətbiq etməklə törədildikdə;
330.3.5.
zərərçəkmiş şəxsin
sağlamlığına qəsdən az ağır zərər
vurmaqla törədildikdə -
bir
ildən iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.4.
Bu Məcəllənin 330.1-330.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən
ağır zərər vurduqda və ya digər ağır nəticələrə
səbəb olduqda -
üç
ildən səkkiz ilədək azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
330.5.
Bu Məcəllənin 330.1-330.4-cü maddələrində nəzərdə
tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə -
beş
ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”.
1.73.
331-ci maddə ləğv edilsin.
1.74.
332-ci maddə üzrə:
1.74.1.
332.1-ci maddənin dispozisiyasında "pozma, zərərçəkmiş
şəxsin şərəf və ləyaqətini
alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə
əlaqədar olduqda” sözləri "pozaraq, zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən
yüngül zərər vurma” sözləri ilə əvəz
edilsin;
1.74.2.
332.1-ci maddənin sanksiyasında "iki” sözü "bir
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya bir” sözləri ilə əvəz edilsin;
1.74.3.
aşağıdakı məzmunda 332.1-1 və 332.1-2-ci maddələr
əlavə edilsin:
"332.1-1.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantları arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozaraq zərərçəkmiş
şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu
tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını
və ya əmlak xarakteri daşıyan digər hərəkətlər
etməsini tələb etmə -
iki
ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
332.1-2.
Bu Məcəllənin 332.1-1-ci maddəsində nəzərdə
tutulmuş əməllər külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə -
bir
ildən dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.74.4.
332.2-ci maddənin dispozisiyasında "Eyni” sözləri
"Bu Məcəllənin 332.1, 332.1-1 və ya 332.1-2-ci maddələrində
nəzərdə tutulmuş” sözləri ilə əvəz
edilsin;
1.74.5.
332.2.3-cü maddədə ", qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə”
sözləri "və ya qabaqcadan əlbir olan bir qrup şəxs”
sözləri ilə əvəz edilsin;
1.74.6.
332.2.5-ci maddənin sonunda tire işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı redaksiyada 332.2.6-cı maddə əlavə
edilsin:
"332.2.6.
işgəncə verməklə törədildikdə -”;
1.74.7.
332.2-ci maddənin sanksiyasında "üç” sözü
"iki ilədək müddətə hərbi xidmət
üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki” sözləri ilə əvəz edilsin;
1.74.8.
332.3-cü maddənin dispozisiyasında "və ya 332.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər”
sözləri ", 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda və ya digər” sözləri ilə əvəz
edilsin;
1.74.9.
332.3-cü maddənin sanksiyasında "beş ildən on”
sözləri "üç ildən səkkiz” sözləri
ilə əvəz edilsin;
1.74.10.
maddəyə aşağıdakı məzmunda "Qeyd” hissəsi
əlavə edilsin:
"Qeyd:
Bu Məcəllənin 332.1-1-ci maddəsində "xeyli
miqdar” dedikdə yüz manatdan yuxarı, lakin min manatdan
artıq olmayan məbləğ, 332.1-2-ci maddəsində
"külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ
başa düşülür.”.
1.75.
333-cü maddə üzrə:
1.75.1.
333.1-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"333.1.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının
hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisəsini) və ya xidmət
yerini özbaşına tərk etməsi və ya üzrlü
səbəblər olmadan hərbi hissəyə (hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisəsinə) və ya xidmət yerinə vaxtında
gəlməməsi üç gündən artıq, lakin on
gündən çox olmayaraq törədildikdə - ";
1.75.2.
333.2-ci maddədə "Çağırış və ya
kontrakt üzrə hərbi xidmətdə olan hərbi
qulluqçunun hərbi hissədən özbaşına getməsi
və ya xidmət yerinə üzrlü səbəblər
olmadan qayıtmaması” sözləri "Bu Məcəllənin
333.1-ci maddəsində nəzərdə tutulmuş əməllər”
sözləri ilə əvəz edilsin;
1.75.3.
333.3-cü maddənin dispozisiyasında "Zabit heyətindən
olan şəxsin” sözləri "Zabitin” sözü ilə,
"olmadıqda, yaxud bir il ərzində təkrarən on
gündən az, lakin üç gündən çox olduqda”
sözləri isə "olmayaraq törədildikdə”
sözləri ilə əvəz edilsin;
1.75.4.
333.4-cü maddənin sanksiyasına "iki ildən” sözlərindən
əvvəl "iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya” sözləri əlavə edilsin;
1.75.5.
Aşağıdakı məzmunda 333.4-1-ci maddə əlavə
edilsin:
"333.4-1.
Bu Məcəllənin 333.1-ci və 333.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər üç
aydan artıq törədildikdə -
üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.75.6.
333.6-cı maddənin dispozisiyasında "333.4-cü”
sözləri "333.4-1-ci” sözləri ilə əvəz
edilsin.
1.76.
334.1-ci maddənin dispozisiyasından "xidmətdən
üç aydan artıq müddətə hərbi hissədən
və ya xidmət yerindən özbaşına getməsi və
ya xidmət yerinə qayıtmaması (gəlməməsi),
yaxud” sözləri çıxarılsın.
1.77.
335-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə
335. Hərbi xidmət vəzifələrinin icrasından boyun
qaçırma
335.1.
Hərbi qulluqçunun öz sağlamlığına hər
hansı zərər yetirməklə, özünü xəstəliyə
vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair
aldatma yolu ilə hərbi xidmət vəzifələrinin
icrasından müvəqqəti boyun qaçırması -
bir
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya bir ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
335.2.
Eyni əməllər hərbi xidmət vəzifələrinin
icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə
törədildikdə -
iki
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
335.3.
Bu Məcəllənin 335.1 və 335.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə-
üç
ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”.
1.78.
338.1-ci maddənin dispozisiyasından "əgər”
sözü çıxarılsın, "zərər vura bilərdisə”
sözləri "real təhlükə yaratdıqda” sözləri
ilə əvəz edilsin.
1.79.
339.1-ci maddənin dispozisiyasından "əgər”
sözü çıxarılsın, "zərər vura bilərdisə”
sözləri "real təhlükə yaratdıqda” sözləri
ilə əvəz edilsin.
1.80.
340.1-ci maddənin dispozisiyasında "mənafelərinə”
sözündən sonra "mühüm” sözü əlavə
edilsin.
1.81.
341-ci maddə üzrə:
1.81.1.
341-ci maddənin adı və 341.1-ci maddənin dispozisiyası
aşağıdakı redaksiyada verilsin:
"Maddə
341. Vəzifə səlahiyyətlərindən sui-istifadə
və ya vəzifə səlahiyyətlərini aşma
341.1.
Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün
qanunsuz üstünlük əldə etmək məqsədilə
öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə
qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi
tələb etdiyi halda istifadə etməməsi və ya xidməti
səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxan hərəkətlər
etməsi fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət
və ya dövlətin qanunla qorunan mənafelərinə
mühüm zərər vurduqda-”;
1.81.2.
341.1-ci maddənin sanksiyasında "iki ilədək” sözlərindən
əvvəl "iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya” sözləri əlavə edilsin.
1.82.
342-ci maddə üzrə:
1.82.1.
342.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"342.1.
Rəisin və ya vəzifəli şəxsin öz xidməti
borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində
öz xidməti vəzifəsini yerinə yetirməməsi və
ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə,
yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə
mühüm zərər vurduqda -
min
beş yüz manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə hərbi xidmət
üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
1.82.2.
aşağıdakı məzmunda 342.1-1-ci maddə əlavə
edilsin:
"342.1-1.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda -
iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”;
1.82.3.
342.2-ci maddənin dispozisiyasında "Eyni əməllər
ağır nəticələrə” sözləri "Bu Məcəllənin
342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə” sözləri
ilə əvəz edilsin.
1.83.
347-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"Hərbi
qulluqçulara xidməti istifadə üçün
verilmiş silahın, onun komplekt hissələrinin,
döyüş sursatının, partlayıcı maddələrin
və qurğuların, habelə nəqliyyat vasitələrinin
və ya sair hərbi əmlakın saxlanması
qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi
mühüm zərər vurduqda -”.
1.84.
348-ci maddə üzrə:
1.84.1.
maddənin adından ", xarab etmə” sözləri
çıxarılsın;
1.84.2.
348.1-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"348.1.
Silahı, onun komplekt hissələrini, döyüş
sursatlarını, partlayıcı maddələri və
qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı
ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
ağır nəticələrə səbəb olduqda -”.
1.85.
349-cu maddə üzrə:
1.85.1.
349.1-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"349.1.
Silahı, onun komplekt hissələrini, döyüş
sursatlarını, partlayıcı maddələri və
qurğuları və ya hərbi texnikanı qəsdən məhv
etmə və ya zədələmə -”;
1.85.2.
aşağıdakı məzmunda 349.1-1-ci maddə əlavə
edilsin:
"349.1-1.
Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə
tutulmayan sair hərbi əmlakı qəsdən məhv etmə
və ya zədələmə xeyli miqdarda zərər vurduqda
-
min
manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya bir ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
1.85.3.
349.2-ci maddənin dispozisiyasında "349.1-ci maddəsində”
sözləri "349.1 və ya 349.1-1-ci maddələrində”
sözləri ilə əvəz edilsin;
1.85.4.
maddəyə aşağıdakı məzmunda "Qeyd” hissəsi
əlavə edilsin:
"Qeyd:
Bu Məcəllənin 349.1-1-ci maddəsində "xeyli
miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ
başa düşülür.”.
1.86.
350-ci maddə üzrə:
1.86.1.
350.1-ci maddənin dispozisiyasında "zərər vurduqda, hərbi
texnikanın məhvinə və ya sair ağır nəticələrə
səbəb olduqda” sözləri "az ağır zərər
vurduqda” sözləri ilə, maddənin sanksiyasında
"iki” sözü "bir” sözü ilə əvəz
edilsin;
1.86.2.
aşağıdakı məzmunda 350.1-1-ci maddə əlavə
edilsin:
"350.1-1.
Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə
tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda və ya sair ağır nəticələrə səbəb
olduqda -
iki
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya eyni müddətə intizam xarakterli hərbi hissədə
saxlama ilə cəzalandırılır.”;
1.86.3.
350.2-ci maddənin dispozisiyasında "əməl”
sözündən əvvəl "Məcəllənin
350.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri
əlavə edilsin.
1.87.
351-ci maddə üzrə:
1.87.1.
351.1-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"351.1.
Döyüş və ya xüsusi təyinatlı nəqliyyat
vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və
istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır zərər
vurduqda - ”;
1.87.2.
351.1-ci maddənin sanksiyasında "iki” sözü "bir”
sözü ilə, "üç” sözü "iki”
sözü ilə əvəz edilsin;
1.87.3.
aşağıdakı məzmunda 351.1-1-ci maddə əlavə
edilsin:
"351.1-1.
Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə
tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda -
iki
ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma
və ya iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
Maddə
2. Keçid müddəaları
2.1.
Bu Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minir.
2.2.
Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab
olunmayan əməllərə görə bu Qanun qüvvəyə
minənədək məhkum edilmiş və hazırda cəzasını
çəkən şəxslər cəzadan azad olunurlar.
Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə
görə əvvəllər məhkum edilmiş və cəzasını
çəkmiş şəxslər məhkumluğu olmayan
hesab edilirlər.
2.3.
Bu Qanun qüvvəyə minənədək məhkum
edilmiş və hazırda cəzasını çəkən
və ya cəzasını çəkmiş, lakin məhkumluğu
olan şəxslərin vəziyyəti bu Qanunla
yaxşılaşdırılırsa, həmin məsələlərə,
habelə bu Qanunun 2.2-ci maddəsində nəzərdə
tutulmuş məsələlərə hökm
çıxarmış məhkəmə və ya məhkumun
cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən,
cəzanı icra edən müəssisə və ya orqanın
təqdimatı və ya məhkumun ərizəsi əsasında,
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin
digər yekun qərarlarının icrası qaydasında
baxılır.
2.4.
Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab
olunmayan əməllərə dair məhkəmələrin,
ibtidai istintaq və ya təhqiqat orqanlarının
icraatında olan cinayət işlərinə və materiallara əməlin
cinayət olmasını və cəzalanmalı
olmasını aradan qaldıran yeni qanunun qüvvəyə
minməsi ilə əlaqədar cinayət məsuliyyətindən
azad edilmə əsasları ilə xitam verilir və ya cinayət
təqibinin başlanması rədd edilir və bu əməllərin
inzibati məsuliyyətə səbəb olması məsələsi
araşdırılır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci
il
Azərbaycan.-2020.-
2 iyun.- S.4-5.