Gənclər
dövlət başçısına güvənir
Xalqımız
bütün dövrlərdə taleyüklü məsələlərin
həllində daim dövlətinin və onun
başçısının yanında olub. Azərbaycan
Prezidenti İlham Əliyev hər bir vətəndaşının
ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla
dayanaraq, "göydən gələn gözəgörünməz
bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas
üçün ön sırada mübarizə aparır,
"soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə
çıxmaq üçün yollar axtarır və
şükürlər olsun ki, atılan hər addım
uğurla nəticələnir.
Dövlət
başçısı İlham Əliyevin, eləcə də
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın xalqa müraciətlərinin cavabsız
qalmaması da xalq-hakimiyyət birliyinin növbəti dəfə
təcəssümüdür.
Azərbaycan
Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər
yerindən gələn təşəkkür dolu məktublara
gəlincə, onlar yalnız səmimiyyətin etirafı deyil,
həm də dövlət başçısının hər
sözünün xalq üçün daim qanun kimi ciddi
olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər
də bir daha təsdiqləyir ki, xalq dövlətinə və
onun başçısına güvənir və inanır ki,
bu bəladan da tezliklə çıxacaq, birlikdə, həmrəylik
nümayiş etdirərək ölkənin ayrı-ayrı sahələrinə
dəyən zərəri aradan qaldıracaq.
"Mən
bir Azərbaycan gənci kimi ölkəmizdə aparılan
uğurlu siyasəti, xalqın rifahının
yaxşılaşdırılması üçün
atılan addımları qürur hissi ilə izləyir və
fəxr edirəm ki, dövlətimizin belə uzaqgörən
lideri var. Hörmətli Prezident, Siz təkcə ölkə
daxilində yox, həm də xaricdəki vətəndaşlarımızın
yaxşı yaşaması üçün lazımi, zəruri
addımları atır, beynəlxalq arenada xalqımızı
ən yüksək səviyyədə təmsil edirsiniz”.
Bu sətirlərin
müəllifi Qara Kərimov da gəncdir və YAP-ın
Yasamal Gənclər Birliyinin fəal üzvlərindəndir. Məktubundan
oxuyuruq: "Şahidik ki, Sizin siyasətinizdə gənclər
necə mühüm yer tutur. Ölkəmizdə gənclərin
özlərini göstərə bilmələri
üçün hər cür imkan var. Bu imkanlar genişləndirilməkdə
davam edir. Siz dəfələrlə öz
çıxışlarınızda biz gənclərə dəstəyinizi
ifadə etmiş, nəsihətamiz ifadələrinizlə
yolumuza işıq saçmısınız!
Hörmətli
Prezidentimiz! Bu günlərdə Sizin uzaqgörən siyasətinizin
bir daha şahidi olduq. COVID-19 pandemiyası ilə mübarizə
şəraitində atdığınız addımların nəticəsində
bu gün ölkəmiz virusdan ən az zərər çəkənlər
sırasındadır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı
ölkəmizdə atılan addımları təqdir edib, digər
dövlətləri də Azərbaycandan örnək
almağa səsləyib.
Sizin
"Biz birlikdə güclüyük!” şüarınız
bu günlərdə xalqımızı bir daha yumruq kimi
bir-birinə bağladı! Mən inanıram ki, Sizin kimi
liderin rəhbərliyi ilə xalqımızın öhdəsindən
gələ bilməyəcəyi çətinlik, məğlub
edə bilməyəcəyi düşmən yoxdur.
Sizə
xalqımız qarşısında göstərdiyiniz xidmətlərə
görə Azərbaycan gənclərinin dərin minnətdarlığını
bildirirəm. Sizə möhkəm cansağlığı və
daha böyük uğurlar arzu edirik!”
Əli
Babazadə də siyasi məsləkdaşları kimi Azərbaycan
Prezidentinin pandemiyanın qarşısının az itkilərlə
alınması istiqamətində atdığı
addımları dəstəklədiyini və bununla
bağlı təşəkkürünü bildirərək
yazır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına
sadiq bir gənc kimi hər zaman Sizin xalqımıza, o cümlədən
biz gənclərə göstərdiyiniz diqqət və
qayğıdan kənarda qalmadığımız
üçün uğurlu siyasətinizi dəstəkləmişik:
"Son 2 ay ərzində bütün dünyada daha şiddətli
xarakter alan koronavirus ölkəmizə də təsirsiz
ötüşmədi. Bütün bunlara baxmayaraq, Sizin təşəbbüsünüz
və rəhbərliyinizlə Azərbaycan pandemiyaya
qarşı mübarizədə dünya üçün bir
nümunəyə çevrildi. Ən qabaqcıl dünya
ölkələrinə belə virus dağıdıcı zərbələrlə
təsir etdi. Bu ölkələrdə vətəndaş
narazılığını artırdı. Azərbaycanda isə
sosial izolyasiya tədbirlərinin ciddi təşkili və buna
nəzarət nəticəsində ölkəmizə virus
minimum səviyyədə təsir göstərdi.
Möhtərəm
Prezident! Dövlətin belə çətin günlərdə
sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşının
yanında olması, ona maddi və mənəvi dəstək
göstərməsi, virusa qarşı mübarizədə
tibbi xidmətlərin yüksək səviyyədə təşkili
məhz Sizin siyasətinizin nəticəsidir. Hər zaman
xalqın yanında olduğunuz üçün biz gənclər
də Sizinləyik, birlikdəyik - həmrəyik! Sizə bu
çətin işlərinizdə uğurlar arzu edirik!”
Taleh
Mansurovun məktubundan bəzi sətirlərə diqqət
yetirsək görərik ki, doğrudan da, gənclik dövlət
başçısının siyasətini birmənalı
şəkildə dəstəkləyir. Ümumiyyətlə,
Azərbaycan Prezidentinin gənclər siyasətindən bəhrələndikləri
üçün onlar Vətənə layiqli övlad
olmağı özlərinə mənəvi borc bilirlər:
"Hörmətli Prezident! Mən, ilk növbədə, bir
Azərbaycan vətəndaşı, gənc, tələbə
olaraq Sizə minnətdarlıq məktubunu yazmağı
özümə borc bildim. Dünyamızda baş verən
virus böhranı Azərbaycandan da yan keçmədi. Lakin bu
virusun gətirdiyi ağır və çətin günlərdən
də xalq-iqtidar birliyi nəticəsində ən az itkilərlə
çıxmağı bacaracağıq. Bu dövr ərzində
kiçik və orta sahibkarlara dövlət dəstəyi,
işsizlikdən əziyyət çəkənlərə
sosial sığorta vəsaitinin ayrılması, onlayn dərs
prosesinin gücləndirilməsi, dezinfeksiya işlərinin
davamlı şəkildə aparılması, Sizin göstərişinizlə
Nazirlər Kabineti yanında Operativ Qərargahın
yaradılması və onun təxirəsalınmaz tədbirlər
görməsinin nəticəsidir ki, Azərbaycan dünyada
pandemiyanın ən az əziyyət çəkdiyi ölkələrdən
biridir.
Dəyərli
Ali Baş Komandan! Sizin görünməyən düşmənə
qarşı müharibədə güclü və uzaqgörən
siyasətiniz sayəsində Azərbaycanda vəziyyət
stabil olaraq qalır. Pandemiyanın dünya iqtisadiyyatına və
o cümlədən də Azərbaycanın iqtisadiyyatına
vurduğu ziyanlara baxmayaraq, Sizin "Heç bir sosial layihə
təxirə salınmayacaq” fikriniz bir daha göstərdi ki,
dövlətimizin və hökumətimizin diqqət mərkəzində
Azərbaycan xalqı, onun sosial rifahı və
sağlamlığı durur.
YAP gənclərindən
biri kimi Sizə öz təşəkkürümüzü
bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq!”
Azərbaycan.-2020.- 2 iyun.- S.9.