Maska
taxmayanlara qarşı cəzalar qüvvəyə mindi
İyunun
2-də Milli Məclisin növbədənkənar
sessiyasının növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Sahibə
Qafarova gündəliyə 3 məsələnin daxil edildiyini
bildirdi.
Gündəliyin
təsdiqindən sonra deputatlar cari məsələlərlə
bağlı fikirlərini bildirdilər. İlk söz alan
deputat Fazil Mustafa orta məktəblərdə hərbi dərslərin
bərpa edilməsinin vacibliyini önə çəkdi. Soltan
Məmmədov koronavirusla mübarizə sahəsində
görülən işlərdən söz açdı. Milli
Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova Sumqayıtın ekologi
vəziyyətinə diqqət çəkərək, məişət
tullantılarının emalı ilə bağlı fikirlərini
bildirdi.
Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayeva təmsil etdiyi
dairədə kənd təsərrüfatının
suvarılması ilə bağlı problemləri diqqətə
çatdırdı. Qeyd etdi ki, hazırda bununla bağlı
iki layihə hazırlanıb ki, onlardan biri Zəyəm
çayının üzərində su anbarının
tikintisidir. Bu anbarın inşası Tovuz və Şəmkir
rayonlarının suvarma suyu ilə təminatında
byöük rol oynaya bilər. Digər layihə isə Kür
çayından su nasosları ilə kəndlərə su
vurulmasıdır ki, bu layihənin
reallaşdırılması da problemin həllinə xidmət
edər.
Deputat
Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl
Harderin Azərbaycanın işğal olunmuş ərazilərində
Ermənistan tərəfindən təşkil edilmiş
qondarma rejimin nümayəndəsinə "təbrik məktubu"
göndərməsini tənqid etdi. Bununla bağlı Kanada
parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini
deyən Tural Gəncəliyevin sözlərinə görə,
Reyçl Harderin köməkçisi erməni mənşəli
Kanada vətəndaşıdır: "Çox böyük
ehtimalla həmin köməkçi deputat Reyçl Harderi
saxta məlumatlarla təmin edib. Deputat belə məlumatları
əldə etdikdən sonra onu dəqiqləşdirməliydi.
Münaqişə ilə bağlı məsələni
obyektiv şəkildə öyrəndikdən sonra addım
atmalıydı. Kanada Azərbaycanın ərazi
bütövlüyünü tanıyır".
Deputat
Eldar Quliyev qanunların icrasına nəzarətlə
bağlı ayrıca qurumun yaradılmasını təklif
etdi. Eldar Quliyev həmçinin sosial şəbəkələrdə
insan ləyaqətinin tapdalanmasının qarşının
alınması üçün qanunlarda dəyişikliklər
olunmasını vacib saydı.
Parlamentin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov da
təmsil etdiyi dairədəki su
çatışmazlığından danışdı.
Milli
Məclisin Sədri Sahibə Qafarova bu problemin təmsil etdiyi
Şəmkir rayonunda da olduğunu və bununla bağlı
işlərin görüləcəyini bildirdi.
Deputat
Cavanşir Paşazadə pay torpaqları ilə bağlı
qanunun işlək hala gətirilməsinə ehtiyac olduğunu
dedi. Deputat suvarma probleminin təmsil etdiyi bölgədə də
olduğunu bildirdi: "Lənkəran sitrusçuluq və
çayçılıqla məşğul olan bölgədir.
Xalq cəbhəsi dövründə
çayçılıqla bağlı olan torpaq sahələri
məhv edildi. Suvarma problemi isə bu gün də həmin
bölgədə qalmaqdadır. Su problemi
çayçılığın inkişafına bu gün də
mane olur. Su anbarları 60 il əvvəl tikilib, artıq lillə
dolub. Anbarları təmizləmək lazımdır”.
"Son
günlər sosial şəbəkələrdə şəhid
ailələri və qazilərimizin təhqirlərə məruz
qaldığının şahidi oluruq”. Bunu isə Milli Məclis
Sədrinin müavini Adil Əliyev bildirdi. Onun sözlərinə
görə, Azərbaycanda şəhid və qazi ailələrinə
dövlətin və Prezidentin xüsusi qayğısı var:
"Bu gün şəhid ailələrinin heç nəyə
ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə
ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə
olmalıdır”.
Aqrar
siyasət komitəsinin sədri Tahir Rzayev, Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov,
deputatlardan Razi Nurullayev, Şahin İsmayılov, Məlahət
İbrahimqızı, Jalə Əliyeva, Ramil Həsən,
Qüdrət Həsənquliyev, Sahib Alıyev, Vüqar Bayramov,
Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı
bir sıra məsələlərlə bağlı fikirlərini
bildirdilər, təkliflərlə çıxış etdilər.
Çıxışlarda aqrar sahədə vəziyyət,
suvarma sistemlərinin yenilənməsi, sosial şəbəkələrdəki
mövcud qanunsuzluqların aradan qaldırılması barədə
fikirlər səsləndirildi.
Sonra
gündəlikdəki məsələlərin müzakirəsi
başladı. İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan
Respublikası Qanununun layihəsi barədə
(üçüncü oxunuş) Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü Fəzail
Ağamalı məlumat verdi. Sənəd pandemiya
dövründə sanitar-gigiyena qaydalarının tələblərinin
pozulmasına görə inzibati tənbeh hallarını
müəyyən edir və bu dövrdə tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
ilə bağlı tələblərin pozulmasına görə
cərimələri müəyyənləşdirir. Qanun layihəsi
üçüncü oxunuşda qəbul edildi.
Əmək
və sosial siyasət komitəsinin sədri Musa Quliyev
"Ünvanlı dövlət sosial yardımı
haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat
verdi. Bildirildi ki, qanun layihəsinin 2-ci oxunuşda Milli Məclisdə
müzakirəsi zamanı verilən təkliflərə
işçi qrupu tərəfindən baxılıb. Komitə
sədri vurğuladı ki, dəyişikliklərin
hamısı humanist məqsədlərə xidmət edir,
ölkə Prezidentinin ünvanlı sosial yardımın
çevrəsini daha da genişləndirmək, əlçatanlığı
asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə
tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi
üçüncü oxunuşda qəbul olundu.
İclasda
son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası Qanununun layihəsi
(üçüncü oxunuş) müzakirəyə
çıxarıldı. Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Nizami Səfərov
bildirdi ki, qanun layihəsi "Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli qanununun icrası ilə əlaqədar
hazırlanıb. Deputat bildirdi ki, qanunun əvvəlki
oxunuşlarda parlamentdə müzakirələri zamanı
deputatlar tərəfindən heç bir yeni təklif qeydə
alınmamışdır. Qanun layihəsi
üçüncü oxunuşda qəbul edildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan $g 2020.- 3 iyun.- S.1;5.