“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ
nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2
(II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4,
maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3,
maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926,
955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr
1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə
1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr
2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹
6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700; 2020, ¹ 3, maddələr 238, 240, 241; Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 1015 nömrəli
Fərmanı) 4.3-cü bəndinə "cümləsində,”
sözündən sonra "211.2,” rəqəmləri əlavə
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.3.