“Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli
Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli
və “Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD
nömrəli Qanununun tətbiqi və “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7
aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 421 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1.
"Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə 349; 2006, ¹ 7, maddə 587; 2007, ¹ 12, maddə
1226; 2009, ¹ 8, maddə 630; 2016, ¹ 6, maddə 1021, ¹ 9, maddə
1464; 2018, ¹ 12 (I kitab), maddə 2578; 2019, ¹ 7, maddə 1220)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
2.1-1-ci bənddə "və 28-ci” sözləri
",
13.4-cü maddəsində (birinci halda) və 28-ci” sözləri
ilə əvəz edilsin;
1.2.
2.2-1-ci bənddə "və 14.7-ci maddələrində
"orqan” dedikdə” sözləri ", 14.7-ci maddələrində
və 15-ci maddəsinin üçüncü abzasında
"orqan (qurum)” dedikdə” sözləri ilə əvəz
edilsin;
1.3.
2.3-cü bənd üzrə:
1.3.1.
"və altıncı” sözləri "və yeddinci”
sözləri ilə əvəz edilsin;
1.3.2.
"13.4-cü” sözlərindən sonra "(ikinci halda)”
sözləri əlavə edilsin;
1.3.3.
"Vergilər Nazirliyi” sözləri "İqtisadiyyat
Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.4.
2.4-cü bənd üzrə:
1.4.1.
"və altıncı” sözləri "və yeddinci”
sözləri ilə əvəz edilsin;
1.4.2.
"13.4-cü” sözlərindən sonra "(hər iki
halda)” sözləri əlavə edilsin;
1.4.3.
"iyirmi üçüncü abzasında” sözləri
"üçüncü və iyirmi üçüncü
abzaslarında” sözləri ilə əvəz edilsin.
2.
"Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD
nömrəli Qanununun tətbiqi və "Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7
aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12
(I kitab), maddə 2578) 2.2-ci bəndi ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi:
3.1.
"Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi
dövlət sosial sığortası məqsədilə
sığortaedənlərin və sığortaolunanların
uçotu qaydasını Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla
üç ay müddətində müəyyən etsin;
3.2.
"Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi "Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn məsələləri
həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.3.