“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci
il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci
il 8 may tarixli
90-VIQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1.
Müəyyən edilsin ki:
1.1.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
13.2.84-cü və 165.1.9-cu maddələrində, 222.3-cü
maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci,
224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin
birinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2.
həmin Məcəllənin 224.4-cü maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə tutulur;
1.3.
həmin Məcəllənin 13.2.84-cü, 165.1.9-cu, 222.5.9-cu,
222.7-ci və 224.11-ci maddələrində "orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
1.4.
həmin Məcəllənin 222.3-cü maddəsinin ikinci
cümləsində və 225.3-cü maddəsinin birinci
cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
13.2.84-cü və 165.1.9-cu maddələrinə uyğun
olaraq, malların ixrac qeydi ilə satışı
qaydasını Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin təklifləri əsasında üç ay müddətində
müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.2.
həmin Məcəllənin 224.4-cü maddəsinə
uyğun olaraq, əhalinin sağlamlığının və
zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin
edilməsi məqsədilə idxalı ƏDV-dən azad
olunan məhsul (mal) növlərinin siyahısı ilə
bağlı təkliflərini bir ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.3.
bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.-
3 iyun.- S.4.