Azərbaycan
Respublikası Prezidentinin “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci
il 25 iyul tarixli 622 nömrəli Fərmanında, 2006-cı il
25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamə”də və 2017-ci il 6
sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1628-VQD
nömrəli Qanununun icrası ilə əlaqədar qərara
alıram:
1.
"Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25
iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 498;
2007, ¹ 11, maddə 1114; 2009, ¹ 12, maddə 977; 2011, ¹ 2, maddə
84; 2014, ¹ 3, maddə 242; 2017, ¹ 6, maddə 1116, ¹ 7, maddə
1317) 2-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
ikinci - yeddinci abzaslar müvafiq olaraq dördüncü -
doqquzuncu abzaslar hesab olunsun və aşağıdakı məzmunda
ikinci və üçüncü abzaslar əlavə edilsin:
"Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun 7-1-ci maddəsinin ikinci və
üçüncü hissələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
həmin
Qanunun 7-1-ci maddəsinin ikinci hissəsində "orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;”;
1.2.
dördüncü abzasda "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun” sözləri "həmin Qanunun”
sözləri ilə əvəz edilsin;
1.3.
doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz olunsun və
aşağıdakı məzmunda onuncu abzas əlavə
edilsin:
"həmin
Qanunun 7-1-ci maddəsinin üçüncü hissəsində
"orqan (qurum)” dedikdə, Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə
münasibətdə İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, digər tibb müəssisələrinə
münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə tutulur.”.
2. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə
602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹
11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə
983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə
688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114,
¹ 6,
maddə 651, ¹ 9, maddələr 1060,1061; 2016, ¹ 3, maddə 436;
2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə 217, ¹ 5, maddə 932, ¹
10, maddə 1990; 2019, ¹ 12, maddə 1953) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda 8.13-3-cü bənd əlavə
edilsin:
"8.13-3.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər
tibb müəssisələrinin akkreditasiyasını həyata
keçirmək;”.
3. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 9, maddə 1639; 2019, ¹ 2, maddə 219) ilə təsdiq
edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd əlavə
edilsin:
"3.1.11-1.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(bundan sonra -TƏBİB) tabeliyindəki tibb müəssisələrinin
akkreditasiyasını həyata keçirir;
3.2.
4.5.11-ci yarımbəndin 1-ci abzasında "Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra -
TƏBİB) publik hüquqi şəxsin” sözləri
"TƏBİB-in” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun 2020-ci
il
Azərbaycan.-2020.- 3 iyun.- S.4.