“Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. "Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11,
maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736;
2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976;
2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹
12, maddə 1018; 2007, ¹ 1, maddə 4, ¹ 12, maddə 1193; 2008, ¹ 2,
maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, ¹ 7, maddə 602;
2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə 949;
2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə 1487;
2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə 971;
2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279; 2018, ¹ 3, maddələr
369, 396, ¹ 5, maddələr 870, 894, ¹ 12 (I kitab), maddə 2502;
2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 380) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
9-cu maddənin ikinci hissəsi üzrə:
1.1.1.
beşinci abzasdan "və sığortaolunanların”
sözləri çıxarılsın;
1.1.2.
altıncı və yeddinci abzaslar müvafiq olaraq yeddinci və
səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda
altıncı abzas əlavə edilsin:
"məcburi
dövlət sosial sığortanın məqsədləri
üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar
əsasında sığortaolunanların uçotunu aparmaq;”;
1.2.
10-cu maddənin ikinci hissəsi üzrə:
1.2.1.
üçüncü abzasa "sosial” sözündən əvvəl
"bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən
fiziki şəxslər istisna olmaqla,” sözləri əlavə
edilsin;
1.2.2.
beşinci abzas yeddinci abzas hesab edilsin və
aşağıdakı məzmunda beşinci və
altıncı abzaslar əlavə edilsin:
"bu
Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi
istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən olunmuş qaydada "Sadələşdirilmiş
vergi üzrə sabit məbləğin və məcburi
dövlət sosial sığorta haqqının ödənilməsi
haqqında qəbz” almaqla həyata keçirmək;
bu
Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət
növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən olunmuş qaydada "Fərqlənmə
nişanı” almaqla həyata keçirmək;”;
1.3.
13-cü maddə üzrə:
1.3.1.
13.1-ci maddədən "və sığortaolunanların”
sözləri çıxarılsın və həmin maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Məcburi
dövlət sosial sığortanın məqsədləri
üçün sığortaolunanların
sığortaçıda uçotu sığortaedənlərin
təqdim etdiyi məlumatlar əsasında aparılır.”;
1.3.2.
13.4-cü maddəyə "tərəfindən”
sözündən sonra "müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) ilə
razılaşdırılmaqla,” sözləri əlavə
edilsin;
1.4.
14-cü maddə üzrə:
1.4.1.
14.5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"14.5.1.
sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının
tikinti sahəsində 50 faizi, digər sahələrdə 25
faizi miqdarının:
Bakı
şəhərində 100 faizi;
Sumqayıt
və Gəncə şəhərlərində 90 faizi;
digər
şəhərlərdə 80 faizi;
rayon
inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi
vahidlərində və qəsəbələrdə 60 faizi;
kənd
yerlərində 50 faizi miqdarında.”;
1.4.2.
aşağıdakı məzmunda 14.5.1-1-ci və 14.5.1-2-ci
maddələr əlavə edilsin:
"14.5.1-1.
Bu maddədə nəzərdə tutulan fəaliyyət
növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb
etmədən) məşğul olan fiziki şəxslər
üçün:
14.5.1-1.1.
toylarda, şənliklərdə və digər tədbirlərdə
aparıcılıq, çalğıçılıq, rəqqaslıq,
aşıqlıq, məzhəkəçilik və digər
oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının
5 faizi miqdarında;
14.5.1-1.2.
fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna
olmaqla) sahəsində fəaliyyət - minimum aylıq əməkhaqqının
5 faizi miqdarında;
14.5.1-1.3.
çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının
3 faizi miqdarında;
14.5.1-1.4.
saat, televizor, soyuducu və digər məişət
cihazlarının təmiri - minimum aylıq əməkhaqqının
3 faizi miqdarında;
14.5.1-1.5.
fərdi yaşayış evlərində və mənzillərdə
ev qulluqçusu, xəstələrə, qocalara və
uşaqlara qulluq xidməti, dayə, fərdi
sürücülük, ev təsərrüfatında təmizlik,
bağban, aşpaz, gözətçi və iaşə
obyektlərində müştərilərə xidmət göstərən
fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının
3 faizi miqdarında;
14.5.1-1.6.
nəqqaşlıq emalatxanalarının fəaliyyəti -
minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.7.
fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul
olan şəxslər - minimum aylıq əməkhaqqının
3 faizi miqdarında;
14.5.1-1.8.
fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul
olan şəxslər - minimum aylıq əməkhaqqının
3 faizi miqdarında;
14.5.1-1.9.
mülkiyyətində olan kənd təsərrüfatına
yararlı torpaqları istifadə edən fiziki şəxslərin
(digər sahələrdə işləyib məcburi dövlət
sosial sığorta haqqı ödəyənlər istisna
olmaqla) və ailə kəndli təsərrüfatlarının
əmək qabiliyyətli (I və II dərəcə əlilliyi
olan şəxslər, həmçinin sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar istisna
olmaqla,
15
yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən
edilmiş yaş həddinədək olan şəxslər)
ailə üzvlərinin hər biri üçün məcburi
dövlət sosial sığorta haqqı torpağın sahəsindən
asılı olaraq minimum aylıq əməkhaqqının
aşağıda göstərilən dərəcələri
üzrə hesablanır:
5
hektaradək olduqda - 2 faiz miqdarında;
5
hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında;
10
hektardan yuxarı olduqda - 10 faiz miqdarında;
14.5.1-1.10.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən olunmuş qaydada "Fərqlənmə
nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə
sərnişin və yük daşımalarını həyata
keçirən vergi ödəyiciləri - minimum aylıq əməkhaqqının
6 faizi miqdarında.
14.5.1-2.
Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət
növləri ilə məşğul olan fiziki şəxslər
(bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər
istisna olmaqla) üçün aylıq sosial sığorta
haqqının məbləği aşağıdakı əmsallar
tətbiq edilməklə müəyyən olunur:
Bakı
şəhərində (kənd və qəsəbələr
daxil olmaqla) - 2,0;
Abşeron
rayonunda, Sumqayıt və Gəncə şəhərlərində
- 1,5;
Digər
şəhər və rayonlarda - 1,0.”;
1.4.3.
14.5.5-ci maddədə "20 faizi” sözləri "(xərclər
çıxılmaqla) 10 faizi” sözləri ilə əvəz
edilsin;
1.4.4.
14.5.6-cı maddə ləğv edilsin;
1.4.5.
14.6-cı maddədə "Məcburi” sözü "Bu
Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki
şəxslər istisna olmaqla, məcburi” sözləri ilə
əvəz edilsin;
1.4.6.
aşağıdakı məzmunda 14.6-1-ci maddə əlavə
edilsin:
"14.6-1.
Bu Qanunun 14.5.1-1.1 - 14.5.1-1.9-cu maddələrində göstərilən
fiziki şəxslər tərəfindən məcburi dövlət
sosial sığorta haqqı "Sadələşdirilmiş
vergi üzrə sabit məbləğin və məcburi
dövlət sosial sığorta haqqının ödənilməsi
haqqında qəbz” alınarkən, bu Qanunun 14.5.1.1-10-cu maddəsində
göstərilən fiziki şəxslər tərəfindən
isə "Fərqlənmə nişanı” alınarkən
ödənilir.”;
1.5.
15-ci maddə üzrə:
1.5.1.
üçüncü abzas aşağıdakı redaksiyada
verilsin:
"faktiki
ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə
xərcləri əvəzinə üzücü heyətin
üzvlərinə sutkalıq ödənişlərin və
ya digər işgüzar xərclərin (görüşlərin
keçirilməsi ilə bağlı qonaqların
görüş yerinə gətirilməsi və görüş
yerindən aparılması xərcləri, ictimai-iaşə
obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili,
habelə bu tədbirlərin keçirilməsi
üçün hazır yeməklərin alınması
üzrə çəkilmiş xərclər və
görüşlərə cəlb edilmiş tərcüməçilərin
xidmət haqları) əvəzinin ödənilməsi;”;
1.5.2.
on ikinci abzasa "royalti” sözündən sonra "(müəlliflik
qonorarı istisna olmaqla)” sözləri əlavə edilsin;
1.5.3.
iyirmi dördüncü abzas aşağıdakı redaksiyada
verilsin:
"sığortaedənin
işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin
nəticəsi kimi əldə edilən gəlirləri, o
cümlədən üçüncü tərəfə
ödədiyi vəsait.”.
Maddə
2. Keçid müddəaları
2.1.
Bu Qanunun 1.4.1-ci maddəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə
minir və 2026-cı il yanvarın 1-dək qüvvədədir.
2.2.
Bu Qanunun 1.4.1-ci maddəsi üzrə 2020-ci il aprelin 1-dən
2021-ci il yanvarın 1-dək məcburi dövlət sosial
sığorta dərəcəsi aşağıdakı kimi
müəyyən edilir:
sahibkarlıq
fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının
tikinti və ticarət sahələrində 25 faizi, digər
sahələrdə 15 faizi miqdarının:
Bakı
şəhərində 100 faizi;
Sumqayıt
və Gəncə şəhərlərində 90 faizi;
digər
şəhərlərdə 80 faizi;
rayon
inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi
vahidlərində və qəsəbələrdə 60 faizi;
kənd
yerlərində 50 faizi miqdarında məcburi dövlət
sosial sığorta haqqı ödəyirlər.
2.3.
Bu Qanunun 1.4.2-ci, 1.4.3-cü və 1.4.6-cı maddələri
2026-cı il yanvarın 1-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 may
2020-ci il
Azərbaycan.-2020.-
3 iyun.- S.3.