Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikası Vergi Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə
583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734;
2002, ¹ 5, maddə 249,¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12
(I kitab), maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12,
maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6,
maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə
1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə
506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə
1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə
841, ¹ 12, maddə 1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹
11, maddə 1278, ¹ 12, maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr
94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə 770, ¹ 8, maddə 957, ¹ 10,
maddə 1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə 207, ¹ 3, maddələr 396, 402, ¹
5, maddə 848, ¹ 6, maddələr 973, 974, 1015, ¹ 7, maddə
1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr 1752, 1792, 1793, ¹ 12,
maddələr 2001, 2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr
695, 723, 737, ¹ 6, maddə 1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, ¹ 2, maddə
149, ¹ 5, maddə 863, ¹ 6, maddə 1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I
kitab), maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə
590, ¹ 5, maddələr 796, 801, 804, 812, 814, ¹ 8, maddələr
1364, 1373, 1378, ¹ 12, maddə 1894) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
4.5-ci maddənin 1-ci abzasında "xüsusi vergi rejimi”
sözləri "xüsusi və müvəqqəti vergi
rejimləri” sözləri ilə əvəz edilsin və həmin
maddəyə aşağıdakı məzmunda
üçüncü abzas əlavə edilsin:
"Müvəqqəti
vergi rejimi dedikdə, təbii fəlakətlərin,
epidemiyaların, epizootiyaların, böyük ekoloji və
başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə
baş verən hadisələrin təsiri nəticəsində
iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi
ilə əlaqədar bütün və ya bir qism
sahibkarlıq subyektlərinə münasibətdə müəyyən
dövr ərzində vergilərin hesablanması və ödənilməsinin
müvəqqəti qaydası nəzərdə tutulur.”;
1.2.
13.2.83-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 13.2.84-cü maddə əlavə
edilsin:
"13.2.84.
malların ixrac qeydi ilə satışı - malların ixrac
edilməsi məqsədilə istehsalçılar tərəfindən
ixracatçılara müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilmiş qaydada satışı.”;
1.3.
22-1.3-cü maddədə "hər il” sözləri "əvvəlki
il” sözləri ilə əvəz edilsin;
1.4.
165.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 165.1.9-cu maddə əlavə
edilsin:
"165.1.9.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada malların ixrac qeydi ilə
satışı.”;
1.5.
aşağıdakı məzmunda XVIII fəsil əlavə
edilsin:
"XVIII
fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində
iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi
ilə əlaqədar tətbiq edilən müvəqqəti
vergi rejimi
Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı
ümumi müddəalar
222.1.
Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci
maddəsində nəzərdə tutulan fəaliyyəti həyata
keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş
verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin
apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini,
vergi güzəştlərini və azadolmaları, vergilərin
ödənilməsi müddətlərini, vergi rejiminin
seçilməsi ilə bağlı məsələləri tənzimləyir.
222.2.
Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən
bir il müddətinə tətbiq edilir. Bu maddə ilə
müəyyən edilən müddət bitdikdən sonra vergi
ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri,
vergi ödəyicisinin hüquq və vəzifələri,
vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq
edilən vergi dərəcələri, vergi güzəştləri
və azadolmaları, vergilərin ödənilməsi müddətləri
bu Məcəllə ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.
222.3.
Bu fəslin müddəaları əmtəəsiz və (və
ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə
(əmtəəsiz və (və ya) riskli əməliyyatlar
aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin
müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri
siyahısından çıxarılması barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.
222.4.
Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci
maddəsində nəzərdə tutulan şəxslərin
yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına
tətbiq edilir.
222.5.
Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti
həyata keçirən şəxslərə şamil edilir:
222.5.1.
avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili
(şəhərlərarası və rayonlararası, şəhərdaxili
və rayondaxili) sərnişin daşımaları (o cümlədən
taksi ilə) fəaliyyəti;
222.5.2.
yerləşmə vasitələri hesab edilən mehmanxana
(hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
222.5.3.
turoperator və turagent fəaliyyəti;
222.5.4.
sifarişlər üzrə malların, o cümlədən
yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının
satıcılardan alıcılara daşınması və (və
ya) çatdırılması fəaliyyəti;
222.5.5.
ictimai iaşə fəaliyyəti;
222.5.6.
sərgilərin təşkili, səhnə, istirahət və
əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert
zallarının fəaliyyəti;
222.5.7.
idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
222.5.8.
hazırlıq (tədris) və ixtisasartırma
kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin,
psixoloji mərkəzlərinin fəaliyyəti;
222.5.9.
koronavirus pandemiyasının yayılması ilə
bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin
təmin edilməsi məqsədilə fəaliyyəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən
məhdudlaşdırılan fəaliyyət sahələri
(dövlətə məxsus olan hüquqi şəxslər,
büdcə təşkilatları, dövlət büdcəsindən
və büdcədənkənar dövlət fondlarından
maliyyələşən digər dövlət orqanları
(qurumları) istisna olmaqla).
222.6.
Koronavirus pandemiyasının yayılması nəticəsində
iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi
ilə əlaqədar tətbiq edilən müvəqqəti
vergi rejiminin (bundan sonra - müvəqqəti vergi rejimi) tətbiq
edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri
bu fəsildə başqa hal nəzərdə
tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən
edilən ümumi qaydada həyata keçirilir.
222.7.
Koronavirus pandemiyasının yayılması ilə
bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə
dəyişməsi ilə əlaqədar fəaliyyəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən
məhdudlaşdırılmış barəsində səyyar
vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində
2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi
müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə
müəyyən edilmiş müddətlərə daxil
edilmir.
Maddə
223. Hesabatların verilməsi və cari vergi ödəmələri
223.1.
Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə,
o cümlədən əvvəlki vergi ilində fəaliyyəti
olmayan və növbəti vergi ilində fəaliyyət
göstərən şəxslərə bu Məcəllənin
151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi
ödəmələri üzrə hesablamaların və cari
vergi ödəmələri ilə bağlı
arayışların vergi orqanına təqdim edilməsinə
dair müddəalar tətbiq edilmir.
223.2.
Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro
sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki
il üzrə mənfəət (gəlir) və əmlak
vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin
149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim
edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec
olmayaraq ödəyirlər.
223.3.
Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci
rübləri üzrə bu Məcəllənin 221.3-cü
maddəsində nəzərdə tutulmuş hesabatı, habelə
bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində
nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın
1-dək vergi orqanına təqdim edir və hesablanmış
vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.
Maddə
224. Azadolmalar və güzəştlər
224.1.
Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə
aşağıdakı vergi növləri üzrə güzəşt
və azadolmalar tətbiq edilir:
224.1.1.
əmlak və torpaq vergiləri üzrə tam məbləğdə;
224.1.2.
əldə edilən mənfəətin (gəlirin) 75 faizi;
224.1.3.
bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə
bu Məcəllənin 220.5-ci maddəsində müəyyən
edilən sadələşdirilmiş vergi məbləği
üzrə 50 faiz;
224.1.4.
bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə
bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən
edilən sadələşdirilmiş vergi məbləği
üzrə 50 faiz.
224.2.
Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən
fəaliyyətlə məşğul olan şəxslərə
nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti
həyata keçirən şəxslərə malların
daşınmasını və ya
çatdırılmasını sifariş etmiş
satıcılara münasibətdə və (və ya)
satıcıların daşınma və ya
çatdırılma nəticəsində əldə edilən
gəlirlərinə tətbiq edilmir.
224.3.
Bu Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş
verginin ödəyicisi olmaq hüququndan istifadə edən
şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində
göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş
verginin məbləği 50 faiz azaldılır.
224.4.
Müvəqqəti vergi rejimi müddətində əhalinin
sağlamlığının və zəruri ərzaq məhsulları
ilə ehtiyaclarının təmin edilməsi məqsədilə
siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən
azad edilir.
224.5.
Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı
daşıyıcılarının sərnişindaşıma
fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak
vergisindən azad edilir.
224.6.
Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslər tərəfindən
bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki
şəxslərdən icarəyə götürülən
daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində
tutulan verginin məbləği 50 faiz azaldılır.
224.7.
Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə
vergilərin bu Məcəllə ilə müəyyən
edilmiş müddətdə ödənilməməsinə
görə bu Məcəllənin 59.1-ci maddəsi ilə
müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il
aprelin 1-dən 2021-ci il yanvarın 1-dək
dayandırılır. Dayandırılmış müddət
bu Məcəllənin 59.2-ci maddəsində faizlərin
hesablanması üçün müəyyən edilmiş 1
illik müddətə daxil edilmir.
224.8.
Bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən
fəaliyyətlə məşğul olan şəxslər tərəfindən
alınmış ərzaq və hazırlanmış qida məhsullarının
xarab olması 2021-ci il yanvarın 1-dək bu Məcəllənin
159.5-ci maddəsinin məqsədləri üçün vergi
tutulan əməliyyat sayılmır.
224.9.
Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat
və sağlamlığının qorunması məqsədilə
vergi ödəyicisi tərəfindən həyata keçirilən
zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə
görə çəkilmiş və bu Məcəllə ilə
müəyyən edilmiş qaydada sənədləşdirilmiş
xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən
çıxılır.
224.10.
Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən
fəaliyyəti həyata keçirən şəxslərə
bu maddə ilə müəyyən edilən güzəştlər
tətbiq edilərkən, cari il üzrə ödənilmiş
vergilər, o cümlədən növbəti dövrlər
üzrə ödənilən vergilər yenidən
hesablanır və artıq ödənilmiş məbləğlər
növbəti dövrlərin ödəmələrinə aid
edilir.
224.11.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət
növlərinin tam və ya qismən məhdudlaşdırıldığı
müddət bu Məcəllənin 218.4.4-cü maddəsində
nəzərdə tutulan fəaliyyəti həyata keçirən
şəxslərin əldə etdikləri qəbzlərin
qüvvədəolma müddətinə daxil edilmir və
ödənilmiş vergilər növbəti ayların ödəmələrinə
aid edilir.
Maddə
225. Sadələşdirilmiş verginin tətbiqi
225.1.
ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə
məşğul olan şəxslər cari ilin sentyabrın 1-dən
gec olmayaraq, sadələşdirilmiş verginin ödəyicisi
olmaq hüququndan istifadə edəcəyi barədə
yazılı məlumatı qeydiyyatda olduğu vergi orqanına
təqdim edir. Bu zaman vergi ödəyicisi ərizə ilə
müraciət etdiyi tarixdən etibarən sadələşdirilmiş
verginin ödəyicisi kimi fəaliyyət göstərir və
təqdim edilən mallara (işlərə, xidmətlərə)
müvəqqəti vergi rejiminin müddəaları tətbiq
edilir.
225.2.
Bu maddədə göstərilən şəxslər sadələşdirilmiş
vergi ödəyicisi olmaq hüququndan istifadə etdikdə,
vergi ödəyicisi ƏDV qeydiyyatının ləğv edilməsi
ilə bağlı bu Məcəllənin 158.1-ci maddəsinə
uyğun olaraq ərizə təqdim edir və bu zaman kapital
xarakterli xərclərin çəkilməsinə görə
ödənilmiş ƏDV məbləğləri istisna
olmaqla, ictimai iaşə fəaliyyəti üçün
alınmış mallara (işlərə, xidmətlərə)
görə əvəzləşdirilmiş ƏDV-nin məbləği
yenidən hesablanır.
225.3.
Bu Məcəllənin 222.2-ci maddəsi ilə müəyyən
edilən müddət bitdikdən sonra vergi ödəyicisi
ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən,
sahibliyində qalan bu Məcəllənin 225.2-ci maddəsində
göstərilən mallar barədə vergi orqanına
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada
məlumat təqdim edir. Təqdim edilən məlumatda göstərilən
malların sonradan təqdim edilməsi, o cümlədən
ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi
ƏDV tutulan dövriyyə hesab edilmir.
225.4.
Vergi ödəyicisi növbəti hesabat ilində bu Məcəllənin
218.1.2-ci və 218.2-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş
verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə
o, müvəqqəti vergi rejimində fəaliyyət göstərmədiyindən
kapital xarakterli xərclərin çəkilməsinə
görə ödənilib əvəzləşdirilmiş
ƏDV məbləğləri yenidən hesablanır.”.
Maddə
2. Keçid müddəası
Bu
Qanunun 1.3-cü maddəsi 2020-ci il yanvarın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 may
2020-ci il
Azərbaycan.-2020.-
3 iyun.- S.4.