“Nəqliyyat
haqqında”, “Aviasiya haqqında”, “Avtomobil nəqliyyatı
haqqında” və “Dəniz limanları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu
il 17 may tarixli 1588-VQD nömrəli Qanununun icrası ilə əlaqədar
qərara alır:
Maddə
1. "Nəqliyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399; 2000, № 7, maddə 486;
2001, № 12, maddə 731; 2002, № 5, maddə 241; 2008, № 11, maddə
957; 2011, № 7, maddə 610; 2014, № 4, maddə 335; 2017, № 12 (I
kitab), maddə 2212; 2019, № 6, maddə 988)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
1-ci maddənin dördüncü abzasında "ödəniş
və ya muzdla” sözləri "haqq müqabilində”
sözləri ilə və "hüququ və ya başqa
qanuni əsaslarla” sözləri "və ya istifadə
hüququ ilə” sözləri ilə əvəz edilsin;
1.2.
9-cu maddənin 3-cü hissəsinin birinci abzasına
"yükgöndərən” sözündən sonra "və
ya onun səlahiyyətləndirdiyi digər şəxs”
sözləri əlavə edilsin;
1.3.
19-cu maddəyə aşağıdakı məzmunda 3-cü
hissə əlavə edilsin:
"3.
Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar
ekspeditora qarşı yaranan tələblər üzrə
iddia qaldırılması Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 861.2-ci maddəsinə uyğun
həyata keçirilir.”.
Maddə
2. "Aviasiya haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009,
№ 12,
maddə 948; 2011, № 3, maddə 169; 2015, № 1, maddə 10, № 2, maddə
95; 2016, № 10, maddə 1604; 2017, № 3, maddə 338, № 5, maddə
693; 2018, № 10, maddə 1960, № 12 (I kitab), maddə 2514; 2019, № 6,
maddə 989) aşağıdakı məzmunda 48.5-1-ci maddə
əlavə edilsin:
"48.5-1.
Yükgöndərən daşıma müqaviləsinin lazımınca
icrası üçün yükə aid olan sənədləri
və digər məlumatları daşıyıcıya təqdim
etməlidir. Yükgöndərən bu məlumatların və
sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində
dəyən zərərin əvəzini ödəyir.”.
Maddə
3. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, №
10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342;
2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə
221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1,
maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə
374, № 8, maddə 1379) aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
1.0.9-cu maddəyə "əsaslarla” sözündən sonra
"haqq müqabilində” sözləri, "yerinə yetirən”
sözlərindən sonra ", mülkiyyət, icarə və
ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə
malik olan” sözləri əlavə edilsin;
3.2.
14-cü maddə üzrə:
3.2.1.
14.1.2-ci maddədə "hüququ və ya digər qanuni əsaslarla”
sözləri ", icarə və ya istifadə hüququ ilə”
sözləri ilə əvəz edilsin;
3.2.2.
14.2.4-cü maddədə "və digər qanuni əsaslarla
sərəncamında” sözləri ", icarəsində və
ya istifadəsində” sözləri ilə əvəz edilsin;
3.2.3.
14.2.5-ci maddədə "və digər qanuni əsaslarla
istifadə (icarə, etibarnamə və s.)” sözləri
", icarə və ya istifadə” sözləri ilə əvəz
edilsin;
3.3.
27.2-ci maddədə "və ya digər qanuni əsaslarla
istifadəsində (icarə, etibarnamə və s.)” sözləri
", icarəsində və ya istifadəsində” sözləri
ilə əvəz edilsin;
3.4.
37.1-ci maddəyə "təyinat məntəqəsinə”
sözlərindən əvvəl "haqq müqabilində
olduğu yerdən” sözləri əlavə edilsin və həmin
maddədə "yükgöndərən isə, müqavilədə
başqa hal nəzərdə tutulmamışdırsa,”
sözləri "yükgöndərən, yükalan və
ya onların səlahiyyətləndirdiyi digər şəxs
isə” sözləri ilə əvəz edilsin;
3.5.
58.1-ci maddəyə "əvvəl” sözündən sonra
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
861-ci maddəsi,” sözləri əlavə edilsin.
Maddə
4. "Dəniz limanları haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990)
3.1.21-ci maddəsinə "əsaslarla” sözündən
sonra "haqq müqabilində” sözləri, "yerinə
yetirən” sözlərindən sonra ", mülkiyyət,
icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə
malik olan” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 aprel
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.4.