“Azərbaycan
Respublikasının Uşaqlara dair 2020-2030-cu illər
üçün Strategiyası”nın təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət
uşaq siyasətinin həyata keçirilməsi və
uşaqların hüquqlarının müdafiəsinin kompleks
şəkildə təmin edilməsi məqsədilə qərara
alıram:
1.
"Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu
illər üçün Strategiyası” (bundan sonra - Strategiya)
təsdiq edilsin (əlavə olunur).
2. Bu
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş
Strategiyanın həyata keçirilməsində əlaqələndirici
orqan Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq
edilmiş Strategiyanın 2020-2025-ci illərdə icrası
üzrə fəaliyyət planının layihəsini 3
(üç) ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyun
2020-ci il
Azərbaycan.-2020.- 3 iyun.- S.3.