Prezident
İlham Əliyev Ağcabədi rayonunda səfərdə olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də
Ağcabədi rayonunda səfərdə olub. Dövlətimizin
başçısı rayonda bir sıra obyektlərin
açılışında iştirak edib.
Prezident
İlham Əliyev əvvəlcə xalqımızın
ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət
etdi.
Dövlətimizin
başçısı Ağcabədi rayonunun Hindarx qəsəbəsində
fermer Nizami Hüseynovun əkin sahəsində oldu, taxıl
biçininin gedişini izlədi.
Sonra
Prezident İlham Əliyev Ağcabədi dənli bitki
toxumlarının emalı müəssisəsinin
açılışında iştirak etdi.
Dövlətimizin
başçısı daha sonra “ASAN Həyat” kompleksinin
açılışını etdi, burada yaradılan şəraitlə
maraqlandı, innovativ yeniliklərlə tanış oldu və
ASAN könüllüləri ilə görüşdü.
Bunlardan
başqa, Prezident İlham Əliyev Ağcabədi şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin,
yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi-2”
yarımstansiyasının istifadəyə verilməsi mərasimlərində
iştirak etdi.
Azərbaycan.-2020.- 4 iyun.- S.1.