Silahlı
Qüvvələrin modernləşdirilməsi istiqamətində
görülən işlər ardıcıl davam etdirilir
Dövlət
başçısının tapşırığı ilə
cəbhə bölgəsində müxtəlif infrastruktur
layihələri həyata keçirir
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam
rayonu ərazisində yerləşən "N” saylı hərbi
hissədə olub.
AZƏRTAC
xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov
və Müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik
Nəcməddin Sadıkov dövlətimizin
başçısı, Ali Baş Komandan İlham Əliyevə
raport verdilər.
Sonra
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ
müşavirə keçirdi.
Diqqətə
çatdırıldı ki, dörd hektar ərazidə
salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə
həyata keçirilib. Qərargah binasında ideoloji otaq,
brifinq, akt zalları və digər xidməti iş otaqları
yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana
binalarının hamısında hərbçilər
üçün hamam otaqları yaradılıb.
Hamam-camaşırxana binası da bütün tələblərə
tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq,
fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi
tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin
qidalanması üçün hər cür şərait
yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin
olunan hərbi hissədə su təminatı üçün
180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə
daimi təhlükəsizliyi təmin etmək məqsədilə
24 saat xidmət göstərən qarovul evi, döyüş
hazırlığı qabiliyyətini təkmilləşdirmək
məqsədi ilə daxilində döyüş
hazırlığı üçün təlim
meydançaları olan qarovul şəhərciyi də istifadəyə
tam hazırdır. Bundan əlavə, hərbi
qulluqçuların ailələri üçün 48 xidməti
mənzildən ibarət ikimərtəbəli 3
yaşayış binasının tikintisinə başlanıb.
Hərbi hissənin ərazisi abadlaşdırılıb,
yaşıllıq zolağı salınıb.
X X X
Qeyd
edək ki, Azərbaycanda ordu quruculuğu sahəsində
bütün mühüm tədbirlər ardıcıl surətdə,
dünya təcrübəsi nəzərə alınmaqla həyata
keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı
Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində atılan addımlar ordumuzun gücünə
əlavə güc qatır. Bu gün Azərbaycanı
dünya birliyində layiq olduğu yerə gətirən amillər
sırasında Silahlı Qüvvələrin döyüş
qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının
hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji
durumu mühüm yer tutur. Bu, həm də geosiyasi amil kimi
ölkəmizin beynəlxalq aləmdə qlobal və regional
yerini müəyyənləşdirir. Təsadüfi deyil ki,
Azərbaycanın bölgədə ən yüksək
mövqelərə malik ölkə olmasını şərtləndirən
əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və
güclü ordudur. Silahlı Qüvvələrin modernləşdirilməsi,
hərbi hissələrin müasirləşdirilməsi istiqamətində
görülən işlər ardıcıl davam etdirilir.
Azərbaycan.-2020.- 4 iyun.- S.5.