Tərtər
rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Tərtər
rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində
(siyahı əlavə olunur) əkin sahələrinin və əkin
üçün istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya tələbatının ödənilməsi
üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi
və qazılması məqsədilə "Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının
yaxşılaşdırılması məqsədilə
subartezian quyularının qazılması üçün
göstərilmiş vəsaitin 1,47 milyon (bir milyon dörd
yüz yetmiş min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 iyun
2020-ci il
Azərbaycan.-2020.- 4 iyun.- S.6.