İlham
Əliyev: “Sisyanı pozun, Qarakilsə yazın”
Azərbaycan
Prezidentindən tarixi həqiqətlərin bərpasına
növbəti çağırış
Tarix,
milli kimliyimizin, varlığımızın, ən əsası
isə həqiqətin aynasıdır. Gələcəyimiz isə
tarix üzərində bərqərar olan bir səltənətdir.
Və
tarix həm də elə bir səhifədir ki, onu
qaralamağa, silməyə, saxtalaşdırmağa,
varlığın təməlini laxlatmağa
çalışanlar da olur...
Elə
buna görədir ki, tarixin də keşiyi çəkilməli,
tarixin də tarixini saxtalaşdıranlara qarşı
ayıq-sayıq olunmalıdır...
Təəssüf
ki, vətənimiz Azərbaycan zaman-zaman məhz bu acı aqibətlə
üzləşib. Ana yurdumuzun tarixi məqsədyönlü
şəkildə saxtalaşdırılıb, yer adları,
toponimləri dəyişdirilib, uydurma adlar taxılıb...
Prezident
İlham Əliyev bu reallığı daim gündəmdə
saxlayır, daş yaddaşımızın, tarixi və mədəni
abidələrimizin itib-batmamasına,
yadlaşdırılmamasına böyük diqqət yetirir.
Muzeylərə səfər edir, tariximizə aid hər bir məqama
diqqət yetirir, bütün həqiqətlərin olduğu
kimi əks olunmasına böyük əhəmiyyət verir.
Çatışmazlıqlar gördükdə isə dərhal
iradını bildirərək düzəldilməsi barədə
tapşırıq verir.
Haradadır mənim qədim şəhərlərim?
Bu il
martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin
açılışında iştirak edən Prezident
İlham Əliyev orada nümayiş olunan tarixi xəritələrlə
bağlı iradlarını bildirərək sual verdi: "Bu,
neçənci əsrin xəritəsidir? Gərək
yazılsın. Hər bir xəritədə yazılmalıdır
neçənci əsrə aiddir, çünki dövlətlər
dəyişib, sərhədlər dəyişib. Bu xəritəni
siz haradan götürmüsünüz?”
Rayon
icra hakimiyyətinin başçısı Prezidentə bildirib
ki, xəritə Mədəniyyət Nazirliyindən
götürülüb.
Prezident
isə irad bildirərək qeyd edib: "Mədəniyyət
Nazirliyindən? Qədim adlar, məsələn, Sisian
yazılıb. O vaxt Sisyan adı yox idi, sonra kimsə bunu
uydurub. Xəritədə indiki Azərbaycan ərazisində
Mingəçevirdən başqa heç bir tarixi ad
yazılmayıb. Halbuki Bərdə, Qəbələ,
Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz
olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir?
Çünki bu xəritədən heç nə başa
düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti
də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə
yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət
Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm
dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.
Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki
Azərbaycan ərazisində heç bir şəhərin
adı yoxdur. Var buna cavab? Xəritə asmısınız,
hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə
bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix
haqqında nə başa düşəcəklər? Heç
bilinmir nədir bu. Özü də haradan
götürmüsünüz, Allah bilir. Buna belə
yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki,
bununla iş bitir? Özü də uşaq otağıdır.
Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim
nədir? Haradadır mənim qədim şəhərlərim?
Onun əvəzinə orada Urartu görürük”.
"İndiki Ermənistan
Respublikasının toponimlərinin mütləq əksəriyyəti
Azərbaycan mənşəlidir”
İyunun
3-də isə Tərtərdə Dövlət Rəmzləri
Muzeyinin açılışında iştirak edən
dövlət başçısı nümayiş olunan xəritələrə
baxarkən tarixi adlarımızın dəyişdirilmiş
formada göstərilməsi ilə bağlı bir daha
iradını bildirərək dərhal düzəldilməsini
tapşırdı: "Bizim tarixi adlarımız burada gərək
öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl
adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı
veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.
İndiki Ermənistan Respublikasının toponimlərinin
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər”.
Tarix səhifələrindən məkrli
niyyətlərin sildiyi həqiqətlər...
Prezident
İlham Əliyevin muzeylərin açılışı
zamanı tariximizi əks etdirən maddi mədəniyyət
nümunələri ilə yaxından tanışlığı,
onları dərindən təhlil etməsi,
çatışmazlıqlarla bağlı iradları göstərir
ki, bu sahə dövlət siyasətində prioritet istiqamətlərdəndir.
Qədim tariximizin öyrənilməsində, gənclərdə
vətənpərvərlik ruhunun formalaşmasında və
inkişafında muzeylərin mühüm əhəmiyyəti
var.
Dövlət
başçısının Tovuz, Tərtər rayonlarında
muzeylərlə tanışlığı zamanı etdiyi məlum
iradlar əslində hər bir vətəndaşa
açıq çağırışdır.
Xalqımızın min illərin o tayından adlayıb gələn
tarixi kökləri qorunmalı və həqiqətlər
olduğu kimi gələcək nəsillərə
ötürülməlidir. Tarix səhifələrindən məkrli
niyyətlərin sildiyi həqiqətlər olduğu kimi yenidən
bərpa olunmalıdır.
Və
müvafiq dövlət qurumları da Prezidentin irad və
tapşırıqlarından ciddi nəticə
çıxararaq gələcəkdə bu kimi tarixi
yanlışlıqlara bir daha yol verməməlidirlər.
Azərbaycan.-2020.- 5 iyun.- S.1.