Əhalinin
fasiləsiz və davamlı elektrik enerjisi ilə təchizatı
təmin olunacaq
Qarabağ
torpağında yerləşən Ağcabədi rayonunun
inkişafı üçün son illərdə mühüm
işlər görülüb
İyunun
3-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 110/35/10 kilovoltluq "Ağcabədi-2” elektrik
yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə
verilməsi mərasimində iştirak edib.
AZƏRTAC
xəbər verir ki, "Azərişıq” Açıq Səhmdar
Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin
başçısına məlumat verdi ki,
istehlakçıların elektrik təchizatının
yaxşılaşdırılması məqsədilə
Ağcabədi rayonu ərazisində 35 kilovoltluq
yarımstansiyada əsaslı yenidənqurma işləri
aparılaraq, gərginlik sinfi artırılıb və
110/35/10 kilovoltluq "Ağcabədi-2” yarımstansiyası
inşa edilməklə, yarımstansiyanın qoyuluş
gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu
yarımstansiya vasitəsilə Ağcabədi şəhərində
sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və
suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin,
həmçinin Taxtakörpü ərazisində məskunlaşmış
Laçın rayonundan olan məcburi köçkünlərin
və hərbi hissələrin fasiləsiz və
dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq.
Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali,
831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik
enerjisinin təchizatı daha da
yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq
standartlara cavab verən müasir tipli elektrik
avadanlıqları, elektron tipli rele mühafizəsi və
avtomatika sistemləri ilə təchiz edilib, məsafədən
idarə olunan SKADA dispetçer sisteminə qoşulub.
Yarımstansiyanın 330 kilovoltluq "İmişli” və
"Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə
dairəvi elektrik təchizat sxeminə qoşulması təmin
edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin
enerji təchizatının
dayanıqlılığını və təhlükəsizliyi
artırıb.
Dövlətimizin
başçısı "Ağcabədi-2” elektrik
yarımstansiyasını işə saldı.
Qeyd
edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
son illərdə ölkəmizdə elektroenergetika sahəsində
mühüm işlər görülüb,
çatışmazlıqların aradan qaldırılması,
yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində
saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika
sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik
enerjisi ilə təchiz olunması prioritet məsələlərdən
olub.
Son
illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa
işləri nəticəsində rayonun kəndləri və ətraf
ərazilərin elektrik təchizatının
yaxşılaşdırılması, həmçinin kənd
təsərrüfatı obyektlərinin artan elektrik tələbatının
qarşılanması üçün geniş imkanlar
yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri
çəkilib, kəndlərin elektrik şəbəkəsi
özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib.
Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş
gücü artıb, texniki itkilər kəskin şəkildə
azalıb.
Azərbaycan.-2020.- 5 iyun.- S.4.