Ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsində
yeni metod üsullar tətbiq olunur
Qarabağ
torpağında yerləşən Ağcabədi rayonunun
inkişafı üçün son illərdə mühüm
işlər görülüb
İyunun
3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının
emalı müəssisəsi istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev müəssisənin
açılışında iştirak edib.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkədə
qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar
istehsal edən müəssisələrin yaradılması və
ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində çox mühüm layihələr icra
olunur. Bu baxımdan, həyata keçirilən işlər
arasında Aqrar Sənaye komplekslərinin yaradılması
müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun
inkişafında, regionlarda iqtisadi potensialın
artırılmasında, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsində yeni metod və
üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan
aqroparkların və iri fermer təsərrüfatlarının
yaradılması özündə mühüm amilləri və
hədəfləri birləşdirir.
Son
illərdə ölkədə toxumçuluğun inkişaf
etdirilməsi məqsədilə beş rayonda, o cümlədən
Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı
müəssisəsi qurulub. Müəssisə 1 hektar ərazidə
salınıb və burada inzibati bina, taxıltəmizləmə
bloku, taxıl üçün bunker və digər qurğular
yaradılıb. Qalan ərazidə isə abadlıq və
yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin
başçısına məlumat verildi ki, müəssisənin
emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular
vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək
mümkündür. Bu toxumların əkin sərfiyyatı digər
qurğularda təmizlənənlərdən 20-30 faiz
azdır. Bu da əkinə sərf edilən toxumun həcminin
azalmasına imkan verir, həm də fermerin məhsul
istehsalında çəkdiyi xərcləri də əsaslı
şəkildə azaldır. Müəssisədə
quraşdırılmış 3 min tonluq silo
qurğularının əsas funksiyası təqdim olunan toxum
materialını qəbul edərək emal xəttinə
davamlı ötürülməsi və həmin qurğularda
saxlanılan toxumun digər ərazilərə
daşınması üçün avtomobillərə
asanlıqla yüklənilməsini təmin etməkdir.
Mövsüm başa çatdıqdan sonra dövlət
ehtiyacı üçün tədarük olunmuş toxumun
ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq.
Müəssisədə 25 nəfər işlə təmin
olunacaq.
Azərbaycan.-2020.- 5 iyun.- S.2.