Ağcabədi
rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi
binasının tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Ağcabədi rayonunun Sarıcalı kəndində 360
şagird yerlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə bu Sərəncamın 1-ci hissəsində
göstərilən ümumtəhsil məktəbi
binasının tikintisinin başa çatdırılması
üçün zəruri olan maliyyə vəsaitini nəzərdə
tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2020-ci il
Azərbaycan.-2020.- 5 iyun.- S.5.