Operativ
Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə
sərtləşdirilməsi qərara alınıb
Hazırda
dünyada 7 milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə
yoluxmuş, 400 minədək şəxs vəfat etmişdir.
COVID-19 virusunun peyvəndi bu günədək
tapılmadığından dünya dövlətləri tərəfindən
davamlı preventiv tədbirlər həyata keçirilməkdədir.
Son günlər mövcud karantin rejimi qaydalarının əhali
tərəfindən kütləvi surətdə pozulması
ölkənin bir sıra bölgələrində
sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş,
virusa yoluxanların sayı artıb.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər
ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması,
eləcə də onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə xüsusi karantin
rejiminin müəyyən günlərdə sərtləşdirilməsi
qərara alınıb.
Bununla
əlaqədar olaraq, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin
və Abşeron rayonunun ərazisində bütün iş,
xidmət və ticarət sahələri üzrə fəaliyyət,
eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti
dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa,
təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə
icazə verilən orqanların (qurumların) və təşkilatların
xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd
olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran
şəhərləri və Abşeron rayonunda əhalinin
yaşayış yerlərini və ya olduğu yerləri tərk
etməsi qadağan edilir.
Sakinlər
yaşayış yerlərini və ya olduğu yerləri həyat
və sağlamlığa bilavasitə təhlükəli vəziyyət
yarandığı halda, eləcə də təxirəsalınmaz
tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım
xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində
iştirak etmək üçün Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi
Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -
Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə
bilər.
2020-ci
il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız
aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə
icazə verilir:
•
Siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyənləşdirilən
dövlət orqanlarının (qurumlarının) və digər
təşkilatların fəaliyyəti;
• xəstəxanalar,
təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
•
sosial xidmət müəssisələrinin fəaliyyəti, o
cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə
xüsusi qayğıya ehtiyacı olan şəxslər
üçün baxıcılıq xidməti;
•
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz
təchizatı, istilik təchizatı, enerji paylanması, məişət
tullantılarının yığılması və
utilizasiyası);
•
elektrik enerjisinin istehsalı və təchizatı;
•
meliorasiya və su təsərrüfatı;
•
rabitə xidmətləri;
•
teleradio yayımçılarının (televiziya və radio
kanalları, kabel televiziyaları) fəaliyyəti;
• dəmir
yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük
daşımaları;
•
boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi
fəaliyyəti;
•
fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə
görə fəaliyyətinin dayandırılması
mümkün olmayan müəssisələr);
•
neft və qazın hasilatı, emalı, saxlanması və
satışı;
• fəaliyyəti
dayandırılmış iş və xidmət sahələrinin
mühafizə və texniki təhlükəsizliyinin təmin
edilməsi üzrə xidmətlər.
Fəaliyyətinə
icazə verilən iş və xidmət sahələrində
işləyən şəxslərin və xidməti avtomobillərin
hərəkətinə işəgötürən tərəfindən
həmin şəxslər barədə məlumatlar elektron
imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına
daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda, dövlət
əhəmiyyətli, həyat təminatlı müəssisələrin
və qurumların, həmçinin fasiləsiz işləyən
qurumların fəaliyyətləri zəruri hesab edilən
işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
2020-ci
il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran
şəhərlərinin və Abşeron rayonunun ərazisində
dövlət orqanları və qurumları üçün
saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən
edilib.
Xüsusi
karantin rejiminin tələblərinin pozulmasına görə fiziki,
hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti
daşıyır.
Bir
daha vətəndaşlarımızı COVID-19 virusu ilə
mübarizədə sosial məsuliyyətdən irəli gələrək
həmrəylik nümayiş etdirməyə, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın
tələb və qaydalarına əməl etməyə,
özlərinin və yaxınlarının
sağlamlığını qorumağa
çağırırıq.
Azərbaycan.-2020.- 5 iyun.- S.6.