Təəssüf ki, məsuliyyət hissi yoxdur
Koronavirusla
mübarizədə qazandığımız nailiyyətləri
buna görə əldən verib tam qapalı rejimə
keçirik
Azərbaycanda hökumətimiz tərəfindən koronavirusun (COVID-19) birinci dalğasına qarşı həyata keçirilən çevik və effektiv tədbirlər nəticə verdi və demək olar ki, qısa zamanda ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarət altına alındı. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün oldu.
Xüsusi
karantin rejimi dövründə yoluxma hallarının sayı
minimuma endirilmiş, ölkəmizdə ölüm halları
çox aşağı səviyyədə olmuş,
xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq
sağalanların sayı yeni yoluxanların sayını
üstələmişdir.
Amma
təəssüflə qeyd etməliyik ki, xüsusi karantin
rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan
sonra yeni yoluxma hallarının sayında artım
müşahidə olunmağa başlanmış, əldə
edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün
olmamışdır.
Məhdudlaşdırılma yenidən aktivləşdirildi
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verdi ki, son günlər yoluxma dərəcəsinin artmasına, sağalanların sayının yoluxanların sayından xeyli geri qalmasına səbəb vətəndaşların məsuliyyətsizliyidir.
Ona görə də karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir: "Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq”.
Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək:
siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
elektrik enerjisinin istehsalı və təchizatı;
meliorasiya və su təsərrüfat
Vətəndaşlar kütləvi şəkildə qaydaları pozmağa cəhd edirlər
Hazırda COVID-19-la mübarizənin yeni mərhələsinə qədəm qoymuşuq və vəziyyət heç də ürəkaçan deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vurğulayır ki, bu həftə başlayandan indiyədək koronavirusa yoluxmada ciddi say artımı ilə qarşı-qarşıyayıq: "Çox təəssüf ki, vətəndaşlar kütləvi şəkildə qaydaları pozmağa cəhd edirlər. Onlar cəmiyyətin müxtəlif təbəqələrinin müraciətinə laqeyd yanaşırlar. Nəticədə rəqəmlər artır və tibb müəssisələrinin üzərinə böyük yük düşür”.
Koronavirus infeksiyasının yayılmasına səbəb olan əsas hallardan biri də əhalinin qoruyucu maskalardan istifadə etməməsi ilə əlaqədardır.
Buna görə də artıq ölkəmizdə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.
Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Bu xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və
karantin rejimləri dövrü başa çatanadək təkrar
törədilməsinə görə fiziki şəxslər
100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi
şəxslər 400 manat məbləğində cərimələnəcək.
Hələ
də COVID-19-la mübarizə ilə bağlı nə peyvənd,
nə də müalicə üsulu var
Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı koronavirusun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Bu qərardakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır.
Bu məqamda hər birimizin üzərinə böyük iş düşür. Əgər həyatımızın normal məcraya yönəlməsini istəyiriksə, vətəndaş məsuliyyəti, milli həmrəylik göstərməliyik. Hər bir şəxs özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge xəbərdarlıq edib ki, yeni növ koronavirus infeksiyasının yenidən alovlanması ilə bağlı real təhlükə var: "Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər: "Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca, COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır. Hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil. Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 6 iyun.- S.1;7.