“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraqqərara alır:
"Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12,
maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə
428, ¹ 12 (I kitab), maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6,
maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12,
maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹
12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə
1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹
12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə
160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6,
maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə
12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə
1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr 508, 518, ¹ 7, maddə
646, ¹ 10, maddə 947, ¹ 12, maddələr 1216, 1227, 1229; 2013, ¹
3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr 1269, 1279,
1299, 1301, 1308, ¹ 12, maddə 1485; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə
468, ¹ 6, maddələr 603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11,
maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr
15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə 849, ¹ 6, maddə 1014, ¹ 10,
maddə 1605, ¹ 11, maddələr 1753, 1776, 1780, 1790, ¹ 12, maddələr
2006, 2051; 2017, ¹ 3, maddələr 337, 341, ¹ 5, maddə 742, ¹ 6,
maddə 1028, ¹ 7, maddə 1308, ¹ 8, maddə 1506, ¹ 12 (I kitab),
maddə 2265; 2018, ¹ 3, maddə 405, ¹ 4, maddələr 639, 647, ¹
6, maddələr 1186, 1194, ¹ 7 (I kitab), maddələr 1415, 1444,
¹ 8, maddə 1675, ¹ 12 (I kitab), maddə 2489; 2019, ¹ 1, maddə
45, ¹ 4, maddələr 571, 596, ¹ 5, maddə 797, ¹ 7, maddələr
1176, 1181, 1190, 1192, ¹ 8, maddələr 1360, 1363, 1371, ¹ 11, maddələr
1681, 1694) aşağıdakı dəyişikliklər edilsin:
1.
12.2.3-cü maddədən "yaxud ən azı üç
il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə”
sözləri çıxarılsın.
2.
16-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə
16. Azərbaycan Respublikasında və ya Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərində aparılan konsul əməliyyatları
üçün dövlət rüsumunun dərəcələri
Dövlət
rüsumu tutulmalı olan hərəkətlər
Dövlət
rüsumunun məbləği
16.1.
Pasportların və vizaların verilməsinə görə:
16.1.1.
ümumvətəndaş pasportlarının alınması məqsədilə
sənədlərin səfirlikdə və ya konsulluqda tərtib
edilib göndərilməsinə görə
25
ABŞ dolları
16.1.2.
ölkəyə qayıtmaq üçün pasportu əvəz
edən qayıdış şəhadətnaməsinin verilməsinə
görə
10
ABŞ dolları
16.1.3.
səfirliklərə və konsulluqlara vizaların verilməsinə
dair göstərişlərin göndərilməsinə
görə
4
manat
16.1.4.
tranzit vizalarının və birdəfəlik giriş
vizalarının rəsmiləşdirilməsinə görə
20
ABŞ dolları
16.1.5.
çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə
görə
350
ABŞ dolları
16.2.
Vətəndaşlıq məsələləri ilə əlaqədar
sənədlərin rəsmiləşdirilməsinə görə:
16.2.1.
vətəndaşlığın bərpa edilməsi
üçün vəsatətin rəsmiləşdirilməsinə
görə
60
ABŞ dolları
16.2.2.
vətəndaşlığa xitam verilməsi
üçün vəsatətin rəsmiləşdirilməsinə
görə
60
ABŞ dolları
16.3.
Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatına görə:
16.3.1.
nikahın qeydə alınmasına görə
10
ABŞ dolları
16.3.2.
yetkinlik yaşına çatmamış ümumi uşaqları
olmayan ər-arvadın qarşılıqlı
razılığı əsasında nikahın
pozulmasının qeydə alınmasına görə
40
ABŞ dolları
16.3.3.
Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin
düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan
hesab edilmiş şəxslə nikahınpozulmasının
qeydə alınmasına görə
5
ABŞ dolları
16.3.4.
soyadın, adın və ata adının dəyişdirilməsinin
qeydə alınmasına görə
20
ABŞ dolları
16.3.5.
vətəndaşlıq vəziyyəti aktlarının qeydə
alınması barədə təkrar şəhadətnamələrin
verilməsinə görə
10
ABŞ dolları
16.3.6.
vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində
dəyişikliklərin, düzəlişlərin və əlavələrin
edilməsi və onların bərpası ilə əlaqədar
şəhadətnamələrin verilməsinə görə
10
ABŞ dolları
16.3.7.
xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə
alınması məqsədilə ailə vəziyyətinə
dair arayışın verilməsinə görə
10
ABŞ dolları
16.4.
Sənədlərin sorğu əsasında alınmasına
görə:
16.4.1.
sənədlərin sorğu əsasında alınmasına
görə (hər sənəd üçün):
16.4.1.1.
Azərbaycan Respublikasında
4
manat
16.4.1.2.
ölkə xaricində
10
ABŞ dolları
16.5.
Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1.
Azərbaycan Respublikasında
4
manat
16.5.2.
xarici ölkədə
10
ABŞ dolları
16.6.
Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1.
Azərbaycan Respublikasının ərazisində yerləşən
daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən
nəqliyyat vasitələrindən istifadə etmək və
ona sərəncam vermək, kredit əməliyyatlarını
yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə
görə
20
ABŞ dolları
16.6.2.
poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin,
bağlamaların, korrespondensiyaların bank idarələrindən
alınması və ona sərəncam verilməsi barədə
etibarnamələrin təsdiqinə görə
20
ABŞ dolları
16.6.3.
müqavilələrin təsdiqinə görə:
16.6.3.1.
nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə
dair müqavilələrin təsdiqinə görə
50
ABŞ dolları
16.6.3.2.
qiymətləndirilən digər müqavilələrin təsdiqinə
görə
150
ABŞ dolları
16.6.3.3.
əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən
müqavilələrin təsdiqinə görə
30
ABŞ dolları
16.6.4.
sənədlərin surətlərinin və sənədlərdən
çıxarışların düzgünlüyünün
təsdiqinə görə
10
ABŞ dolları
16.6.5.
sənədlərin bir dildən başqa dilə tərcüməsinin
düzgünlüyünün təsdiqinə görə (hər
səhifə üçün):
xarici
dillərdən
10
ABŞ dolları
xarici
dillərə
20
ABŞ dolları
16.6.6.
sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin
imzasının həqiqiliyinin təsdiqinə görə (hər
sənəd üçün)
20
ABŞ dolları
16.6.7.
miras əmlakın mühafizəsi üçün tədbirlərin
görülməsinə görə
40
ABŞ dolları
16.6.8.
vəsiyyətnamələrin təsdiqinə görə
50
ABŞ dolları
16.6.9.
vəsiyyətnamənin depozitə qəbul edilməsinə
görə
30
ABŞ dolları
16.6.10.
vərəsəlik hüququ haqqında şəhadətnamənin
verilməsinə görə
100
ABŞ dolları
16.6.11.
sənədlərin (vəsiyyətnamə istisna olmaqla)
saxlanmaq üçün qəbul edilməsinə görə
20
ABŞ dolları
16.6.12.
öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul
edilməsinə görə (hər ay üçün)
20
ABŞ dolları
16.6.13.
pul məbləğlərinin və qiymətli
kağızların depozitə qəbul edilməsinə
görə (hər ay üçün)
20
ABŞ dolları
16.6.14.
icra qeydlərinin aparılmasına görə
10
ABŞ dolları
16.6.15.
ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət
hüququ haqqında şəhadətnamələrin verilməsinə
görə
10
ABŞ dolları
16.6.16.
şəxsin sağ olması və şəxsin müəyyən
yerdə olması faktlarının, şəxsin fotoşəkildəki
şəxslə eyniliyinin və sənədlərin təqdim
olunduğu vaxtın təsdiq edilməsinə görə
10
ABŞ dolları
16.6.17.
dəniz protestlərinin tərtib edilməsinə görə
10
ABŞ dolları
16.6.18.
sübutların təmin edilməsinə görə
10
ABŞ dolları
16.7.
Digər konsul əməliyyatlarına görə
10
ABŞ dolları
3.
17.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"17.7.
Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə
təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim
edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət
göstərən, xarici ölkələrin cəzaçəkmə
müəssisələrindən azadlığa buraxılan,
xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya
edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına
çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına
ölkəyə qayıtmaq üçün pasportu əvəz
edən qayıdış şəhadətnaməsinin verilməsinə
görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci
cümləsində göstərilən hallardan başqa digər
hallarda xarici ölkədə ümumvətəndaş
pasportunu itirmiş və ya həmin pasportu
oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı
bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən
verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona
qayıdış şəhadətnaməsinin verilməsinə
görə dövlət rüsumu tutulmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 may
2020-ci il.
Azərbayca.-2020.- 6 iyun.- S.2.