Azərbaycan
Respublikası Prezidentinin “Dövlət şəhərsalma nəzarətinin
həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2014-cü il 24 noyabr tarixli 375 nömrəli,
“Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və
“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti
obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli
1313 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun icrası ilə əlaqədar
qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 11, maddə 1415; 2017, ¹ 11, maddə 2018; 2018, ¹ 2,
maddə 218) ilə təsdiq edilmiş "Dövlət şəhərsalma
nəzarətinin həyata keçirilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
2-ci hissəyə "orqanlarının” sözündən
sonra ", Azərbaycan Respublikası Mənzil
İnşaatı Dövlət Agentliyinin (sərəncamına
verilmiş torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə həyata keçirilən şəhərsalma
fəaliyyətinə münasibətdə) (bundan sonra -
Agentlik)” sözləri əlavə edilsin;
1.2.
3-cü hissənin adına və 3.1-ci bəndə
"orqanları” sözündən sonra ", Agentlik”
sözü əlavə edilsin;
1.3.
3.2-ci, 3.3-cü, 3.4-cü, 3.5-ci bəndlərə, 3.5.1-ci,
5.1.1-ci (birinci halda) və 5.1.2-ci yarımbəndlərə
ismin müvafiq hallarında "orqanları” sözündən
sonra ismin müvafiq hallarında "və Agentlik” sözləri
əlavə edilsin;
1.4.
3.3-cü bəndə "orqanından” sözündən
sonra "və Agentlikdən” sözləri əlavə
edilsin;
1.5.
4.1-ci bəndə "sərhədləri daxilində”
sözlərindən sonra "(Agentliyin sərəncamındakı
torpaq sahələri istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.6.
5.1.3-cü yarımbəndin birinci cümləsinə
"bölmələrinə” sözündən sonra "və
Agentliyə” sözləri əlavə edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 5, maddə 540; 2017, ¹ 4, maddə 548; 2018, ¹ 11, maddə
2240) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin
sökülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
3.6-cı bəndə "başçısının
nümayəndəliyinin” sözlərindən sonra "(Azərbaycan
Respublikası Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində
bu qurumun sərəncamında olduğu müddətdə
inşa edilən tikinti obyektlərinə münasibətdə
həmin Agentliyin nümayəndəsinin)” sözləri əlavə
edilsin;
2.2. 3.9-cu
bəndə "başçısının nümayəndəliyinə”
sözlərindən sonra "(Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində
bu qurumun sərəncamında olduğu müddətdə
inşa edilən tikinti obyektlərinə münasibətdə
həmin Agentliyə)” sözləri əlavə edilsin;
2.3.
4.2.8-ci yarımbənddə "aidiyyəti yerli icra hakimiyyəti
orqanının” sözləri "tikintiyə icazə verən
orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 4, maddə 527; 2018, ¹ 2, maddə 221, ¹ 8, maddə
1678, ¹ 12 (I kitab), maddə 2594; 2019, ¹ 4, maddə 616) ilə təsdiq
edilmiş "Sahibkarların tələb olunan gücü 150
kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması üçün texniki
şərtlərin, layihə sənədlərinin hazırlanması
və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə
qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
2.17-ci bəndin birinci cümləsində "müvafiq yerli
icra hakimiyyəti orqanına müraciətinə əsasən
həmin orqanın” sözləri "tikintiyə icazə verən
orqana (quruma) müraciətinə əsasən həmin
orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
3.2.
2.18-ci bənddə "Müvafiq yerli icra hakimiyyəti
orqanı” sözləri "Tikintiyə icazə verən orqan
(qurum)” sözləri ilə əvəz edilsin;
3.3.
2.19-cu bənddə ismin müvafiq hallarında "müvafiq
yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq
hallarında "tikintiyə icazə verən orqan (qurum)”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2020-ci il
Azərbaycan.-2020.- 4 iyun.- S.2.