“Azərbaycan
Respublikası Sahibkarlığın İnkişafı Fondunun
vəsaiti hesabına güzəştli kreditlərin verilməsi
Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan
Respublikasında sahibkarlığın inkişafına
dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31
iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkə iqtisadiyyatında qeyri-neft
sektoruna investisiya qoyuluşlarının və özəl
sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
maliyyə resurslarına çıxış imkanlarının
artırılması ilə əlaqədar
sahibkarlığın inkişafına dəstək mexanizminin
təkmilləşdirilməsi, eləcə də Azərbaycan
Respublikası Sahibkarlığın İnkişafı Fondunun
maliyyələşdirmə alətlərinin genişləndirilməsi
məqsədilə qərara alıram:
1.
"Azərbaycan Respublikası Sahibkarlığın
İnkişafı Fondunun vəsaiti hesabına güzəştli
kreditlərin verilməsi Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2.
"Azərbaycan Respublikasında sahibkarlığın
inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31
iyul tarixli 224 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə
1510; 2019, ¹ 4, maddə 614, ¹ 6, maddə 1049)
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
4-cü hissə ləğv edilsin;
2.2.
5.3.1 - 5.3.4-cü yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
"5.3.1.
Azərbaycan Respublikasının Mərkəzi Bankı;
5.3.2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
5.3.3.
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi;
5.3.4.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;”;
2.3.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikası Sahibkarlığın İnkişafı Fondunun
Nizamnaməsi” üzrə:
2.3.1.
1.5-ci bənddə "və blankları” sözləri
"blankları və loqotipi (emblemi)” sözləri ilə əvəz
edilsin;
2.3.2.
aşağıdakı məzmunda 2.2.1-1-ci və 2.2.1-2-ci
yarımbəndlər əlavə edilsin:
"2.2.1-1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən hallarda və qaydada sahibkarlıq
subyektlərinin manatla aldıqları kreditlərə zəmanət
və faiz subsidiyası vermək;
2.2.1-2.
sahibkarlığın inkişafına dəstək sahəsində
proqramların (o cümlədən dövlət
proqramlarının) hazırlanmasında, həyata
keçirilməsində və maliyyələşdirilməsində
iştirak etmək;”;
2.3.3.
aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə
edilsin:
"3.1.1-1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən hallarda və qaydada sahibkarlıq
subyektlərinin manatla aldıqları kreditlərə zəmanət
və faiz subsidiyası vermək;”;
2.3.4.
3.1.2-ci yarımbənd ləğv edilsin;
2.3.5.
3.1.4-cü yarımbənddə "Fondun vəsaiti
hesabına maliyyələşdiriləcək” sözləri
"Fonda təqdim olunan” sözləri ilə əvəz
edilsin;
2.3.6.
3.1.7-ci yarımbənddə "Fondun vəsaiti hesabına
güzəştli kreditlərin alınması
üçün” sözləri "Fonda təqdim olunan”
sözləri ilə əvəz edilsin;
2.3.7.
aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə
edilsin:
"3.1.9-1.
iqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni
öyrənmək, müvafiq təhlil və
araşdırmalar aparmaq;”;
2.3.8.
3.1.10-cu, 3.1.11-ci və 3.1.12-ci yarımbəndlər ləğv
edilsin;
2.3.9.
3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"3.2.1.
Fonda maliyyə ehtiyatlarının cəlb olunması
üçün tədbirlər görmək, o cümlədən
maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə
danışıqlar aparmaq, təkliflər vermək, bu məqsədlə
əqdlər bağlamaq və könüllü ianə,
yardım, qrant almaq;”;
2.3.10.
4.5.1 - 4.5.4-cü yarımbəndlər aşağıdakı
redaksiyada verilsin:
"4.5.1.
Azərbaycan Respublikasının Mərkəzi Bankı;
4.5.2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
4.5.3.
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi;
4.5.4.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.”;
2.3.11.
4.9.7-ci yarımbəndə "daxilolmaların (faiz, cərimə
və sair)” sözlərindən sonra "və fəaliyyətindən
əldə olunmuş digər gəlirlərin” sözləri əlavə
edilsin;
2.3.12.
aşağıdakı məzmunda 4.9.7-1 - 4.9.7-4-cü
yarımbəndlər əlavə edilsin:
"4.9.7-1.
müvəkkil kredit təşkilatının Fond
qarşısındakı borc öhdəliyinin
restrukturizasiyası (öhdəliyin icrasına möhlət
verilməsi) qaydasını müəyyən etmək;
4.9.7-2.
müvəkkil kredit təşkilatının lisenziyası ləğv
edildikdə və bununla əlaqədar ləğvetmə
proseduruna məruz qaldıqda, Fondun vəsaiti hesabına maliyyələşdirilən
kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə
məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından)
digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına)
köçürülən güzəştli kreditin restrukturizasiya
şərtlərini müəyyən etmək;
4.9.7-3.
Fondun müvəkkil kredit təşkilatları vasitəsilə
yerləşdirilən aktivlərinin təsnifləşdirilməsi
və mümkün zərərlərin ödənilməsi
üçün xüsusi ehtiyatların yaradılması (o
cümlədən ümidsiz aktivlərin silinməsi) qaydalarını
təsdiq etmək və nizamnamə fondunun dəyişdirilməsi
barədə müvafiq təkliflər vermək;
4.9.7-4.
Fond qarşısında öhdəlikləri yerinə yetirməyən
müvəkkil kredit təşkilatları ilə bağlı
həyata keçirilməli daxili prosedurları nəzərdə
tutan qaydaları təsdiq etmək;”;
2.3.13.
4.9.8-ci yarımbəndə "habelə” sözündən əvvəl
"fəaliyyət istiqamətləri ilə bağlı
komitələrin əsasnamələrini,” sözləri əlavə
edilsin;
2.3.14.
4.9.15-ci yarımbənddən "Fondun vəsaitlərinin
istifadə edilməsinin şərtləri haqqında” sözləri
çıxarılsın;
2.3.15.
4.9.16-cı yarımbənddə "Fondun vəsaiti
hesabına güzəştli kreditlərin alınması
üçün” sözləri "Fonda təqdim olunan”
sözləri ilə əvəz edilsin;
2.3.16.
4.9.17-ci yarımbənddən "Fondun vəsaiti hesabına
verilmiş” sözləri çıxarılsın;
2.3.17.
4.9.21-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 4.9.22-ci yarımbənd
əlavə edilsin:
"4.9.22.
Fondun Nizamnaməsi ilə müəyyən edilmiş digər
vəzifələri yerinə yetirmək.”;
2.3.18.
4.18-ci bənddə "Mülki Məcəlləsində
müəyyən edilmiş” sözləri "normativ
hüquqi aktlarından irəli gələn” sözləri ilə
əvəz edilsin;
2.3.19.
5.5-ci bəndin birinci cümləsində "ayda” sözü
"rübdə” sözü ilə əvəz edilsin;
2.3.20.
5.6.14-cü yarımbənddə "bağlı”
sözündən sonra "komitələr,” sözü əlavə
olunsun;
2.3.21.
7.3-cü bəndin ikinci cümləsinə "daxilolmalar
(faiz, cərimə və sair)” sözlərindən sonra "və
fəaliyyətindən əldə olunmuş digər gəlirlər”
sözləri əlavə edilsin;
2.3.22.
aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə
edilsin:
"7.3-1.
Fondun milli valyutada pul vəsaiti Azərbaycan
Respublikasının Mərkəzi Bankında açılan
bank hesablarında saxlanıla bilər.”;
2.3.23.
7.4-cü bənd ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə
tutulan fəaliyyətin təmin edilməsi məqsədilə
sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə
zəmanət və faiz subsidiyası verilməsi
qaydalarını təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.2.
bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın
2.3.2-ci yarımbəndində nəzərdə tutulan
subsidiyanın verilməsində istifadə olunan vəsaiti nəzarətdə
saxlasın və subsidiyalaşdırma başa
çatdıqdan sonra Azərbaycan Respublikası
Sahibkarlığın İnkişafı Fondunun nizamnamə
fondunda dəyişiklik edilməsi barədə təkliflərini
3 (üç) ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5. Bu
Fərmanın 2.2-ci bəndinə və 2.3.12-ci yarımbəndinə
müvafiq olaraq aidiyyəti dövlət qurumları 10 (on)
gün müddətində Fondun Müşahidə
Şurasının üzvlərinin təyin olunmasını təmin
etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2020-ci il
Azərbaycan.-2020.- 4 iyun.- S.2.