“Tikintiyə
dövlət nəzarətinin həyata keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 11, maddə 1389; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 4,
maddə 546; 2019, ¹ 5, maddə 816) ilə təsdiq edilmiş
"Tikintiyə dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.2-ci bənddə "müvafiq yerli icra hakimiyyəti
orqanı” sözləri "orqan (qurum)” sözləri ilə əvəz
edilsin;
2.
2.3-cü bənddə "müvafiq yerli icra hakimiyyəti
orqanı” sözləri "tikinti barədə məlumatlandırılan
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.
2.20-ci bəndin ikinci cümləsində "müvafiq yerli
icra hakimiyyəti və yerli polis orqanlarına” sözləri
"tikintiyə icazə verən orqana (quruma) və yerli polis
orqanlarına, Bakı şəhərinin inzibati ərazisində
tikinti obyektlərinə, habelə tikintisinə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin icazə verdiyi tikinti
obyektlərinə münasibətdə isə həmçinin
müvafiq yerli icra hakimiyyəti orqanlarına” sözləri ilə
əvəz edilsin;
4.
2.21-ci bəndin ikinci cümləsində "müvafiq yerli
icra hakimiyyəti orqanına” sözləri "istismara icazə
verən orqana (quruma)” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 iyun
2020-ci il
Azərbaycan.-2020.- 4 iyun.- S.2.