Zərdab
rayonunun Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Dörd min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən
Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı
avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”ndə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün göstərilmiş vəsaitin
3,1 milyon (üç milyon bir yüz min) manatı Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 iyun
2020-ci il
Azərbaycan.-2020.- 6 iyun.- S.2.