Tovuzlu
kümçülər yüksək göstəricilər əldə
edəcəklərinə əmindirlər
Hər
ili uğurlu göstəricilərlə yola salan Tovuz
kümçüləri bu il də ənənəni davam
etdirməyi qarşılarına məqsəd qoymuşlar. Həmin
məqsədlə cari il 350 qutu barama toxumu
götürmüşlər. Bu isə 14 min kiloqram barama tədarükü
deməkdir.
Tovuz
Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovla
söhbətdən məlum oldu ki, rayonda bu il 311 nəfər
barama tədarükü ilə məşğuldur:
"Hazırda iqtisadi cəhətdən səmərəli
olan baramaçılığın inkişafı istiqamətində
bir sıra tədbirlər həyata keçirilir ki, bu da
rayonda barama istehsalının artırılmasına geniş
imkanlar açır. Artıq 4 ildir ki, rayonda
baramaçılıq sürətlə inkişaf edir. Təkcə
keçən il 325 qutu barama toxumu götürən 76
kümçü 11 min 556 kiloqram barama tədarük
etmişdir”.
Koronavirus
infeksiyasının geniş yayıldığı indiki şəraitdə
tovuzlu gümçülərin əlləri işdən
soyumamışdır. Onlar Nazirlər Kabineti yanında Operativ
Qərargahın tətbiq etdiyi karantin qaydalarına əməl
etməklə bu il də bol məhsul uğrunda
çalışırlar. Baramaçılar əmindirlər
ki, kənd təsərrüfatının bu vacib sahəsinin
inkişafında dövlətin göstərdiyi diqqət və
qayğı hesabına daha çox qazanc əldə edəcəklər.
Hazırda
rayonda baramaçılıqda zəngin təcrübə
toplayan onlarla kümçü var. Onlardan biri də Əlibəyli
kəndindən Zakir Tağıyevdir. Keçən il 7 qutu
baramaqurdu götürən gümçü 280 kiloqram məhsul
təhvil vermişdir. Bu il isə Zakir 8 qutu baramaqurdu
götürmüşdür ki, ondan da 320 kiloqram məhsul tədarük
etməyi qarşıya məqsəd qoymuşdur.
Ümumiyyətlə,
Tovuzda baramaçılığa maraq ildən-ilə
artır. Məhz bunun nəticəsidir ki, Aşağı
Quşçu kəndindən Ramin Verdiyev, Emin Sarıyev,
Xatınlı kəndindən Elbrus İsmayılov, Tovuz şəhərindən
Adil Həsənov, Xaqani Məmmədov və başqaları
baramaçılıqda hər il yüksək göstəricilərə
nail olurlar.
Sabir ƏLİYEV
Azərbaycan.-2020.- 6 iyun.- S.6.