Prezident
hədiyyəsi
Şamaxıda
43 yeni mənzil tezliklə sakinlərə təhvil veriləcək
Ötən
ilin fevralında respublikanın şimal bölgəsində
baş vermiş təbii fəlakətin fəsadlarının
tam aradan qaldırılması istiqamətində görülən
işlər bu gün də davam etdirilir. Şamaxı,
Ağsu və İsmayıllıda yüzlərlə fərdi
evlər tikilərək sakinlərə təhvil verilib. Bu
günlərdə Şamaxıda apardığımız
müşahidələrə əsaslanaraq deyə bilərik
ki, hazırda rayonda tikinti prosesləri sürətlə həyata
keçirilir.
Prezident
İlham Əliyevin tapşırığına əsasən
Fövqəladə Hallar Nazirliyi tərəfindən
Şamaxı üzrə 205, Ağsu üzrə 251, İsmayıllı
üzrə isə 124, ümumilikdə 580 fərdi
yaşayış evi tikilib. Hazırda hər 3 rayon üzrə
63 (Şamaxıda 43, Ağsuda 13, İsmayıllıda 7) fərdi
evin tikintisi davam etdirilir.
Birinci
vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə
Heydər Əliyev Fondunun "Regionl İnkişaf” İctimai
Birliyi tərəfindən rayon mərkəzindəki Şəhriyar,
Təbriz, Salman Mümtaz, Azadlıq və Səttar Bəhlulzadə
küçələrində sakinlər üçün
tikilən mənzillərin böyük hissəsi istifadəyə
verilib.
"Tanrı
İlham Əliyevi, Mehriban xanımı qorusun”
Hazırda
Şamaxıda M.Füzuli, Gənclər, Teymur Zahidov, N.Rəfibəyli
küçələrində zəlzələdən qəzalı
duruma düşmüş evlərin yerində yeni fərdi mənzillərin
tikintisi davam etdirilir, bəzi evlərdə isə bərpa
işləri aparılır.
M.Füzuli
küçəsində yaşayan Muradovlar ailəsinə məxsus
3 otaqlı ev də zəlzələ nəticəsində
yararsız hala düşüb. Aparılan yoxlamalardan sonra mənzilin
tam sökülərək yerində yeni evin tikilməsi barədə
qərar verilib. Hazırda mənzildə son tamamlanma işləri
görülür. Bir neçə gündən sonra Muradovlar
ailəsi yeni mənzil sevincini yaşayacaqlar. Elə 10
yaşlı Muradla, 9 yaşlı Elşən də təzə
evlərinə köçəcəkləri üçün
çox səbirsizlənirlər.
Ailə
üzvləri ilə söhbət zamanı bəlli oldu ki,
köhnə 3 otaqlı mənzilin yerində onlara 4 otaqlı
daha geniş ev tikilir. Buna görə Muradovlar ailəsi
Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya çox minnətdardırlar. Elçin
Muradov yaşayacağı yeni mənzili əli ilə işarə
edərək deyir: "Bu, əsl dövlət
qayğısı, Prezident himayəsidir. Biz şahidik ki, Azərbaycan
Prezidenti hər bir vətəndaşın probleminə necə
yanaşır, onun qayğısına necə qalır. Var
olsun İlham Əliyev!
Bu
gün mənim övladlarımın üzü gülür,
çox xoşbəxtdirlər. Allah bu
yaxşılığı Prezidentimizin övladlarının,
nəvələrinin qarşısına çıxarsın.
Tanrı İlham Əliyevi, Mehriban xanımı qorusun”.
Bir
neçə gündən sonra Muradovlar ailəsinin
köçəcəyi yeni mənzillər tam təmirlidir və
istilik sistemi, mətbəxt mebeli, həmçinin digər
avadanlıqlarla təchiz edilib.
Hər
namazıma İlham Əliyevin adı ilə başlayıram
Şəhərin
Teymur Zahidov küçəsində Azər Nəcəfova məxsus
3 otaqlı, Nigar Rəfibəyli küçəsində Məleykə
İsgəndərovaya məxsus 3 otaqlı mənzildə
aparılan tikinti işləri ilə də tanış olduq.
Evlərin dam örtüyü vurulub, bütün otaqların
suvaq işləri bitib. Tezliklə mənzillər sahiblərinə
təhvil veriləcək.
Zəlzələ
nəticəsində tam yararsız hala düşmüş Gənclər
küçəsində Sadiqə Məmmədovaya məxsus mənzilin
yerində isə indi daha möhtəşım ev tikilir.
Tikinti işləri ilə tanış olarkən ev sahibəsinin
də ustalara yardım etdiyinin şahidi olduq. Üzündəki
sevinc hissindən bəlli olur ki, yeni tikili Sadiqə
xanımın ürəyincədir:
"Çox
sevincliyəm. Ürəyim xoş sözlərlə doludur.
Allah Prezidentimizə ömür versin. Zəlzələ bizi
çox qorxutdu, evimizi yararsız hala saldı. Amma hər bir vətəndaşın
qayğısına qalan dövlət başçımız
Şamaxıya səfər edərək bizə böyük təsəlli
oldu. Dağılan evlərin yerində yeni mənzillərin
tikiləcəyini söylədi və verdiyi vədinə həmişəki
kimi sadiq qaldı. Dünyada elə bir dövlət
başçısı yoxdur ki, insanlarla bu qədər
yaxın təmasda, görüşlərdə olsun, qocalara,
uşaqlara, kimsəsizlərə yardım etsin.
Saysız-hesabsız görüşləri, insanları səbirlə
dinləməsi, onların hər bir məsləhətlərini,
arzu və təkliflərini nəzərə alması
İlham Əliyevin həqiqətən hər bir azərbaycanlının
sevimli prezidenti olmasından xəbər verir”.
3
övlad böyüdən Sadiqə xanım hazırda 2
qızı və nəvələri ilə birgə
yaşayır. Deyir ki, zəlzələdən sonra rayon icra
hakimiyyətinin başçısı, Heydər Əliyev
Fondunun "Regional İnkişaf” İctimai Birliyinin və
Fövqaladə Hallar Nazirliyinin Komissiyasının rəhbərliyi
evlərinə baş çəkərək onlara
böyük dəstək olublar. Tam yararsız hala
düşdüyü üçün yeni mənzilin tikilməsi
barədə qərar verilib:
"Baxın,
cənab Prezident bizə necə möhtəşəm ev
tikdirir. Əvvəkli evimiz 3 otaqlı idi. Dövlət başçısı
bizə 2 mərtəbəli, 5 otaqlı, tam təmirli yeni mənzil
hədiyyə edəcək. Belə Prezidentdən kim narazı
qala bilər?!
Hər
bir vətəndaşın qayğısına qalır, darda
olana kömək edir, çətin dövrlərdə
insanların yaxşı yaşaması üçün əlindən
gələni edir. Koronavirus pandemiyası dövründə aztəminatlı
ailələrə yardımların verilməsi, işləməyən
insanlara maaşlarının ödənilməsi də
Prezidentin insansevərliyinin göstəricisi, dövlət
başçısı kimi vətəndaşa
qayğısıdır. Belə qayğı heç bir
ölkədə yoxdur.
Hər
gün Allaha dua edən insanam. Hər namazıma İlham
Əliyevin adı ilə başlayıram. Bizim
arzularımız gerçəkləşir, Tanrı
Prezidentimizi, Mehriban xanımı arzularına
çatdırsın. Amin!”
Sadiqə
xanımın ürəyinə damıb ki, yeni mənzillərinə
köçərkən cənab İlham Əliyev
Şamaxıya səfər edib onlara bir daha xeyir-dua verəcək.
Həmin zaman Sadiqə xanım ürəyindəki xoş
sözlərin hamısını dövlət
başçısına söyləyəcək.
Yeni
mənzil sevinci
Yeni
mənzillərə köçən sakinlərin sevinci,
tikinti-quruculuq işlərinin davam etməsi insanda xoş təəssürat
yaradır. Şamaxıda apardığımız
müşahidələrə əsasən deyə bilərik
ki, tezliklə daha 43 ailə yeni mənzil sevincini yaşayacaq.
Göründüyü
kimi, bu gün Şamaxıda zəlzələdən ziyan
çəkən sakinlər üçün həm fərdi,
həm də çoxmərtəbəli yaşayış
binalarının tikintisi davam etdirlir. Bütün bunlar
Prezident qayğısının əyani təzahürüdür.
Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq, hər
bir vətəndaşın dərd-səri, qayğıları,
problemləri cənab İlham Əliyevin diqqətində və
nəzarətindədir. Görülən bütün işlər
vətəndaşın Prezidentə olan inamını,
etimadını daha da artırır.
Yəqin
ki, biz də növbəti dəfə Şamaxıya səfərimizdə
Həsənovlar, Məmmədovlar, İsgəndərovlar ailəsinin
yeni mənzillərində yaşadıqları xoş təəssüratlara,
keçirdikləri sevinc hisslərinə şahidlik etmiş
olacağıq. Elə bu xoş diləklə də
müşahidələrimizi bitirib geri dönürük.
Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 9 iyun.- S.1;5.