Müharibə
ərəfəsində Azərbaycanda repressiya
Müharibə
ərəfəsi Azərbaycan xalqının repressiyası ilə
yadda qalmışdı. 1937-ci ildə "əksinqilabçı
millətçi-burjua” təşkilatının üzvü
kimi 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon
icraiyyə komitəsi sədri, 207 sovet və həmkarlar təşkilatının
işçiləri, 57 zavod və mədən direktoru
tutulmuşdu.
Repressiyaya
məruz qalan 400-ə yaxın məsul vəzifəli şəxs
arasında MK katibləri, müxtəlif vaxtlarda Azərbaycan
SSR-də və ZSFSR-də yüksək partiya və hökumət
vəzifələri tutmuş şəxslər var idi.
Göründüyü kimi, 1920-1930-cu illərdə terror
SSRİ-nin dövlət siyasətinin tərkib hissəsi
olmuşdur. Azərbaycan SSR XDİK yanında xüsusi
üçlük 1937-ci ildə siyasi cinayət üzrə
2.846 nəfəri azadlıqdan məhrum etmiş, 2.215 nəfər
güllələnmişdir. Təkcə antisovet təbliğatı
və təşviqatına görə 1.108 nəfərə
güllələnmə kəsilmişdir. 1937-ci ildə
xüsusi üçlük 10 min adamın işinə
baxmışdır.
Azərbaycan.-2020.- 9 iyun.- S.7.