Baş
Nazir Əli Əsədov Belarusun yeni Baş Nazirini təbrik
edib
Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədov Roman
Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin
edilməsi münasibətilə təbrik məktubu göndərib.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq
və qarşılıqlı dəstək ənənələrinə
əsaslanan Azərbaycan-Belarus münasibətlərinin
yüksək səviyyəsinin xüsusi məmnunluq
doğurduğunu bildirib.
Baş
Nazir Azərbaycan ilə Belarus arasındakı
qarşılıqlı faydalı əməkdaşlığın
və strateji tərəfdaşlığın birgə səylərlə
bundan sonra daha da möhkəmlənəcəyinə və
genişlənəcəyinə əmin olduğunu bildirib.
Azərbaycan.-2020.- 9 iyun.- S.2.