Portuqaliya
Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu
Rebelu di Souzaya
Hörmətli
cənab Prezident,
Portuqaliya
Respublikasının milli bayramı münasibətilə Sizə
və xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu
xoş fürsətdən istifadə edərək Sizə
möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim
rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 iyun
2020-ci il.
Azərbaycan.-2020.- 10 iyun.- S.1.