“Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
və “Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 99-VIQD
nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 99-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin
487-5.2-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti orqanları barədə
təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
2.
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
və "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 99-VIQD
nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 iyun
2020-ci il
Azərbaycan.-2020.- 10 iyun.- S.1.