Dünya
mətbuatı Azərbaycanın uğurlarından yazır
Redaksiyamıza
Azərbaycan Respublikasının İspaniya
Krallığındakı və Andorra
Knyazlığındakı fövqəladə və səlahiyyətli
səfiri Anar Məhərrəmovdan məktub daxil olmuşdur.
Məktubda yazılır: "İspaniyanın böyük
oxucu kütləsinə malik "Diplomacia Siglo XXI” (Diplomatiya
XXI əsr) jurnalının may ayı
buraxılışında ölkəmizlə bağlı
geniş, şəkilli məqalələr dərc
edilmişdir. "Biz birlikdə güclüyük! - Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev” sərlövhəli
məqalədə bütün dünyanın COVID-19
pandemiyası ilə üzləşdiyi bir vaxtda Prezident
İlham Əliyevin problemə strateji baxışı və
risklərin zamanında dəyərləndirilməsinə əsaslanan
uzaqgörən qərarları nəticəsində
COVID-19
pandemiyasına qarşı mübarizənin aparılması məqsədilə
ölkəmizdə təxirəsalınmaz effektiv
addımların atılması barədə ətraflı məlumat
verilir.
Məhz
dövlət başçısının təşəbbüsü
ilə "Biz birlikdə güclüyük!” şüarı
altında qısa müddət ərzində respublikamızda
həyata keçirilən qabaqlayıcı tədbirlər,
genişmiqyaslı və məqsədyönlü fəaliyyət
təqdir olunur.
Məqalədə
xüsusi olaraq vurğulanır ki, Prezident İlham Əliyevin
çağırışı və sədrliyi ilə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının, habelə Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında Zirvə görüşlərinin
keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatına
və Qoşulmama Hərəkatının ən çox
yardıma ehtiyacı olan üzv-dövlətləri
üçün maliyyə dəstəyinin ayrılması
ölkəmizin regional və qlobal miqyasda koronavirus
pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın
gücləndirilməsinə əhəmiyyətli töhfə
verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş
olmasının təzahürüdür.
"Şuşanın
işğalından 28 il ötür...” başlıqlı məqalədə
isə Azərbaycan Respublikasının Dağlıq
Qarabağ regionunda yerləşən Şuşa şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində yüzlərlə dinc
sakinin öldürüldüyü və əsir
götürüldüyü, Azərbaycan xalqının
maddi-mədəni və mənəvi irsinə ağır zərbə
vurulduğu barədə ətraflı məlumat verilir. Qeyd
olunur ki, təcavüzkar ölkə Ermənistan beynəlxalq
humanitar hüququn tələblərini kobudcasına pozaraq,
Şuşanın işğalı zamanı
aparılmış etnik təmizləmənin ardınca orada
Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi
və tədricən şəhərin mədəni
simasının dəyişdirilməsinə yönələn
qanunsuz əməllərini bu gün də davam etdirməkdədir.
Qeyd
olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev müxtəlif beynəlxalq platformalardan verdiyi bəyanatlarla
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
üzrə Azərbaycanın qətiyyətli mövqeyini,
Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğunu daim dünya ictimaiyyətinin diqqətinə
çatdırır. Məqalədə ötən il
Rusiyanın Soçi şəhərində keçirilmiş
"Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında
Prezident İlham Əliyevin çıxışından sitat
gətirilərək, "Qarabağ - Azərbaycandır və
nida işarəsi” ifadəsi xüsusi olaraq vurğulanır.
Qeyd
etmək istərdik ki, nəfis tərtibata malik "Diplomatiya
XXI əsr” jurnalı ölkədə böyük oxucu
kütləsinə və xüsusi nüfuza malik olmaqla
yanaşı, İspaniyanın dövlət orqanları,
xüsusilə Xarici İşlər, Avropa İttifaqı və
Əməkdaşlıq Nazirliyi, bu ölkədə akkreditə
olunmuş diplomatik nümayəndəliklər, habelə
İspaniya Krallığının Latın Amerikası
ölkələrindəki səfirlikləri arasında
geniş yayılır”.
Səfirin
məktubuna "Diplomacia Siglo XXI” jurnalında Azərbaycanla
bağlı dərc edilən məqalələr və
fotoşəkillər də əlavə olunmuşdur.
Əlbəttə,
Azərbaycanın hər bir uğuru, habelə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı dünya mətbuatında gedən hər bir
obyektiv yazı maraq və razılıq doğurur. Odur ki, səfir
Anar Məhərrəmovun bizə ünvanladığı məqalə
və şəkilləri hörmətli oxucuların diqqətinə
təqdim edirik.
Azərbaycan.-2020.- 10 iyun.- S.5.