Prezident
cəbhə bölgələrinin inkişafına xüsusi
önəm verir
Ölkənin
hərtərəfli yüksəlişində mühüm rol
oynayan sənədlərdən biri də dövlət
başçısının təşəbbüsü ilə
2004-cü ildən həyata keçirilən regionların
sosial-iqtisadi inkişaf proqramlarıdır. Artıq hər biri
beş ili əhatə edən üç Dövlət
proqramı icra edilib, dördüncü proqram üzrə
işlər isə cədvəl üzrə həyata
keçirilir.
Prezident
İlham Əliyev respublikanın regionlarının
inkişafına xüsusi diqqət yetirir. Bölgələrdə
proqram üzrə göprülən işlərin təməlqoyma
mərasimində və ya açılışında şəxsən
iştirak edir. Bununla yanaşı, hər bir rayona səfər
etdikdə qarşıya çıxan problemləri operativ həll
etmək üçün tədbirlər görür,
lazım gəldikdə müvafiq sərəncam imzalayaraq vəsait
ayırır. "Ağcabədi rayonunun Sarıcallı kəndində
yeni ümumtəhsil məktəb binasının tikintisi ilə
bağlı tədbir haqqında” və "Ağcabədi
rayonunun Mingəçevir-Bəhrəmtəpə (109 km) -
Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” imzalanan sərəncamlar bunu bir daha təsdiqləyir.
Ağcabədi
ölkəmizin ən böyük taxılçılıq rayonlarındandır.
Ölkə rəhbərinin bu günlərdə rayona səfəri
zamanı Hindarx qəsəbəsində fermerlərin əkin
sahəsində biçinin başlanması mərasimində
iştirakı da bu səbəbdən irəli gəlir.
Dövlət başçısına məlumat verildi ki,
rayonda cari il 30 min hektarda taxıl əkilib ki, onun da 22 min
hektarı buğdadır. Ötən il hər hektardan 35
sentner məhsul götürülüb ki, bu da ölkə
üzrə ümumi göstəricidən yüksəkdir.
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən
Dövlət proqramlarının icrası aqrar, o cümlədən
qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar
istehsal edən müəssisələrin sayının
artması, həmçinin ölkənin hərtərəfli
inkişafı istiqamətində mühüm rol oynayır.
Bölgələrin inkişafının əsas hədəflərindən
biri də ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsidir. Prezidentin iştirakı ilə açılan
Ağcabədi dənli bitki toxumlarının emalı müəssisəsi
də ölkəmizin ərzaq təhlükəsizliyinə
yüksək töhfə verəcək.
Yaxşı
məhsul götürməyin təməlində dayanan əsas
faktorlardan biri də yüksək keyfiyyətli toxumdan istifadədir.
Emal gücü saatda 5 ton olan bu müəssisə toxum
materiallarını 98 faiz təmizləmək gücündədir.
Belə toxumlardan istifadə əkin sərfiyyatını 20-30
faiz azaltmaq imkanı verir. Bu, həmçinin əkinə sərf
edilən toxumun həcmini, eləcə də fermerin məhsul
istehsalına çəkdiyi xərcləri əsaslı şəkildə
azaldır.
Rayonda
yalnız aqrar sahəyə deyil, digər sosial məsələlərə
də diqqət artırılmışdır. Ağcabədidə
mövcud kanalizasiya və su sistemləri köhnəlmişdi.
Bu isə rayon sakinlərinin su ilə təminatında müəyyən
çətinliklər yaratmışdı. Odur ki,
Regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramı çərçivəsində 2017-ci ildə
"Ağcabədi şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin
icrasına başlanılmışdı. Səfər
zamanı dövlət başçısına məlumat
verildi ki, Ağcabədi şəhərini içməli su ilə
təmin etmək məqsədilə 14 subartezian quyusu
qazılıb, suyu şəhərə gətirmək
üçün 15 kilometr uzunluğunda magistral su xətti
çəkilib. Bununla yanaşı, şəhərin
dayanıqlı su təminatını
yaxşılaşdırmaq məqsədilə hər biri 10
min kubmetr olan 2 su anbarı tikilib, 350 kilometr içməli su xətti
çəkilib, 8500 ünvana ev birləşməsi verilərək
sayğaclar quraşdırılıb. Görülən
işlər sayəsində artıq şəhər əhalisi
24 saat ərzində keyfiyyətli içməli su ilə təmin
olunur.
"Su
təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində
Ağcabədi şəhərində həmçinin
tullantı suların idarə edilməsi üçün
tullantı su şəbəkəsi, 4 kanalizasiya-nasos
stansiyası, 9 kilometr kanalizasiya kollektoru inşa edilib. Sutkada
10 min kubmetr olan təmizləyici qurğunun tikintisində isə
son tamamlama işləri aparılır.
Səfər
çərçivəsində dövlət
başçısının iştirakı ilə
"Ağcabədi-2” elektrik yarımstansiyası da istifadəyə
verildi. Yarımstansiyanın istismara verilməsi cəbhəyanı
rayon üçün xüsusi əhəmiyyət daşıyır.
Belə ki, yarımstansiya Ağcabədi şəhərində
sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və
suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin,
həmçinin Taxtakörpü ərazisində məskunlaşmış
Laçından olan məcburi köçkünlərin, eləcə
də hərbi hissələrin fasiləsiz elektrik enerjisi ilə
təmin edilməsində mühüm rol oynayacaq.
Yarımstansiyanın istifadəyə vetilməsi 5262-si əhali,
831-i qeyri-əhali olmaqla, ümumilikdə, 6093 abonentin elektrik
enerjisinin təchizatını daha da
yaxşılaşdıracaq.
Prezident
İlham Əliyev rayonda "ASAN Həyat” kompleksinin
açılışında da iştirak etdi. "ASAN xidmət”,
"ASAN Kommunal” mərkəzləri, "ASAN Vəkillik”
bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və
vətəndaşların istirahəti və əylənməsi
üçün bir sıra sahələrin daxil olduğu kompleks
Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli,
Xocalı, Xocavənd, Şuşa və Zərdab
rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa
xidmət göstərəcək. Burada 207 əməkdaş və
45 könüllü çalışacaq.
Dövlət
başçısı kompleksin açılışında
rayonda görülən işlərə yüksək qiymət
verərək demişdir: "Ağcabədidə infrastruktur
tamamilə təzələnib. Elektrik enerjisi ilə
bağlı əvvəlki illərdə problemlər var idi.
İndi bu problemlər aradan qaldırılır. Bu gün
Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu
dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə
qazlaşdırmanın səviyyəsi 90 faizdən
çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada
insanlar, ümumiyyətlə, qazın nə olduğunu
unutmuşdular... Mənim növbəti sərəncamlarımda
yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait
ayrılması nəzərdə tutulub. Mənə verilən
məlumata görə, Ağcabədi rayonunun şəhər
və kənd yollarının 60 faizi yenidən qurulur, qalan 40
faizi üçün də bizim proqramlarımız var.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramında onlar təsbit edilib. Biz bütün yolları
abadlaşdıracağıq”.
Rüstəm KAMAL
Azərbaycan.-2020.-
10 iyun.- S.6.