Qobustan
rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
İki min nəfər əhalinin yaşadığı 2
yaşayış məntəqəsini birləşdirən
Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə
avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin)
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min)
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyun
2020-ci il
Azərbaycan.-2020.- 11 iyun.- S.1.