Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti
ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 2, maddə 195) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti
ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
qaydası”nda dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn
məsələləri həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyun
2020-ci il
Azərbaycan.-2020.- 11 iyun.- S.2.