Baş Nazirin müavininin BMTİP-in Azərbaycandakı rezident nümayəndəsi ilə videokonfrans formatında görüşü olub

 

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti arasında videokonfrans formatında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda BMT-nin COVID-19 pandemiyasının Azərbaycan da daxil olmaqla, bütün ölkələrdə sosial-iqtisadi təsirinin qiymətləndirilməsi ilə əlaqədar proqramı barədə danışılıb. Baş Nazirin müavini təqdim edilmiş proqramın müvafiq qurumlar tərəfindən öyrənildiyini bildirib.

Əli Əhmədov Azərbaycanda COVID-19 pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, özünüməşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində aparılan işlər barədə danışıb.

Görüşdə, həmçinin ətraf mühitiqlim dəyişmələri məsələləri ətrafında müzakirələr aparılıb. Baş Nazirin müavini ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərini sistemli şəkildə həyata keçirdiyini qeyd edib.

 

Azərbaycan.-2020.- 12 iyun.- S.4.