Sahibə Qafarova:
Azərbaycan-Türkiyə dostluğu
sarsılmazdır
İyunun
11-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Erkan Özoral ilə görüşüb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sədr Azərbaycan-Türkiyə
əlaqələrinin bu gün yüksək səviyyədə
olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə
çatmasında dövlət başçılarının
qarşılıqlı səfərlərinin və
görüşlərinin əhəmiyyəti
böyükdür. Dövlətlərarası münasibətlər
sistemində özünəməxsus yer tutan parlamentlərarası
əlaqələrimizin inkişafı bu sahəyə öz
müsbət təsirini göstərir.
Sədr
ümidvar olduğunu bildirib ki, dost və qardaş Türkiyənin
ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın
həyatın digər sahələrində daha da dərinləşməsinə
öz töhfəsini verəcək. Sahibə Qafarova
vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu
sarsılmazdır və heç bir qüvvə bu münasibətləri
sarsıda bilməz.
Səmimi
görüş üçün minnətdarlığını
bildirən qonaq Sahibə Qafarovaya Milli Məclisin Sədri vəzifəsində
fəaliyyətində uğurlar arzulayaraq öz ürək
sözlərini söyləyib. Səfir qeyd edib ki, onun təmsil
etdiyi ölkə həmişə Azərbaycanın
yanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz
bundan sonra daha da güclənəcək.
Söhbət
zamanı parlamentlərarası əlaqələrin bu
günü və gələcək inkişaf perspektivləri,
regional münaqişələrin həlli yolları və tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2020.- 12 iyun.- S.4.