Milli Məclisin
sədri Sahibə Qafarova videokonfrans
formatında seçicilərin qəbulunu keçirib
Mayın 20-də 98 saylı Şəmkir şəhər seçki
dairəsindən deputat,
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin
qəbulunu keçirib.
Bu barədə parlament
Aparatının Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
məlumat verilib. Videoqəbulda
deputat seçicilərin
orta məktəb binalarının və uşaq evi-bağçaların
təmiri, sakinlərin
içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi
kəndlərdə aralıq
su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə
bağlı layihələrin
reallaşdırılması və digər məsələlərlə əlaqədar
müraciətlərini dinləyib.
Qeyd olunub ki, millət
vəkili S.Qafarova seçicilər tərəfindən
qaldırılan bəzi
məsələlərin həlli
ilə beşinci çağırış Milli
Məclisin üzvü
kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına
müraciət ünvanlanıb.
Hazırda isə həmin
məsələlər müvafiq
Dövlət Proqramında
öz əksini tapıb.
Sahibə Qafarova qeyd edib
ki, seçiciləri narahat edən bu kimi məsələlərin
həlli, vətəndaşların
layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasətin
başlıca prioritetlərindəndir. O, son illərdə
ölkəmizdə çox
mühüm əhəmiyyət
kəsb edən infrastruktur layihələrinin
reallaşdırıldığını,
Şəmkir rayonunda da bu istiqamətdə
bir sıra tədbirlər həyata keçirildiyini diqqətə
çatdırıb. Deputat
təhsil infrastrukturunun
yaxşılaşdırılmasının
ölkəmizdə sosial
siyasətin başlıca
hədəflərindən biri
olması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusilə
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
layihələrin əhəmiyyəti
barədə də məlumat verib.
Sahibə Qafarova, həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır. Bunu nəzərə alaraq S.Qafarova hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi–profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
Deputat deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilən videoqəbul da bu məqsədlə təşkil olunub. Sahibə Qafarova qarşıdakı dövrlərdə də seçicilərlə videokonfrans vasitəsilə görüşlərin davam etdiriləcəyini bildirib.
Qeyd
edək ki, görüşdə Şəmkir Rayon İcra
Hakimiyyətinin nümayəndələri də iştirak
edib. Seçici müraciətlərində
əksini tapan bəzi məsələlər
yerli xarakterli olduğundan baxılması üçün
icra hakimiyyəti nümayəndələrinə
yönləndirilib. Digər bir qismi müraciətlərin
araşdırılması üçün
aidiyyəti orqanlara sorğular
göndərilib.
Azərbaycan.-2020.- 12 iyun.- S.4.