Müstəqilliyi möhkəmləndirən mütərəqqi inkişaf strategiyası

 

Dünya xəritəsində yer alan irili-xırdalı dövlətlərin hər birinin mövcudluğu və inkişafı konkret situasiyada önə çıxaraq, məsuliyyəti üzərinə götürmüş lider amili ilə bağlıdır. Millətlərin vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideya da məhz bu cür liderlərin, böyük şəxsiyyətlərin siyasi konsepsiyasında real əsaslarını tapır. Bu baxımdan tam əminliklə demək olar ki, xalqımızın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici ümummilli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilir.

Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur. Siyasətə ideyaların realizə vasitəsi kimi yanaşan Ulu Öndər bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində o, heç zaman kiçik bir qrupun, toplumun lideri olmamış, bütöv bir millətə rəhbərlik etmək haqqını təmin etmişdir. Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir.

Ulu Öndərin özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, cəlbedici ideya və proqramlarla insanların inam və etimadını qazanması, habelə məğlubedilməz obrazı həm də qeyri-adi bir keyfiyyətlə - liderlik xüsusiyyətləri ilə ölçülür. Tarixdən yaxşı məlumdur ki, belə liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yolu göstərən mayak və xilaskar missiyasında çıxış etmişlər. Heydər Əliyev də qeyri-adi şəxsiyyət kimi insanları ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir.

Ulu Öndərin ölkəyə bilavasitə rəhbərlik etdiyi 34 ilin bütün dövrlərində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqiliyyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib cıxması, milli-mənəvi yüksəlişə nail olması kimi tarixi prosesi əhatələyir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin düzgün qiymətlərilməsində ən obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Həmin dövrün inkişaf salnaməsini kino lenti tək gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra başlanmışdır. Həmin dövrdən başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları Azərbaycanın həyatının başlıca gerçəkliyinə, inkişafın təməl daşına çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri həmin illərdə məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Respublikamız bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tuturdu, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Əgər ötən əsrin ortalarına qədər Azərbaycanda cəmi 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatmışdı. Bu illərdə sənaye məhsulunun orta illik artımı 7,9 faiz artmış, ümumi məcmu məhsulda sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsullarının həcmini üstələyərək 66 faizə yüksəlmişdi. 1982-ci ildə kənd təsərrüfatı məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə, şərabçılıq 6 dəfədən artıq çoxalmışdı.

1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artmış, Azərbaycan iqtisadiyyatının inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyulmuşdu. 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi. Respublikanın paytaxtı Bakı şəhəri ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərdə, eləcə də rayonlarda çoxlu sayda sosial təyinatlı müasir binalar inşa olunmuş, 20 milyon kvadrat metr mənzil sahəsi yaşayış ücün əhalinin istifadəsinə verilmişdi. Bu illərdə 483,4 min şagirdlik 700-dək orta məktəb binası tikiilmiş, ali məktəblərin sayı 17-yə, tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı.

Böyük öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı gənclərin o vaxtki İttifaqın Moskva, Leninqrad, Kiyev kimi qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi də xüsusi yer tutur. Əgər 1969-cıı ildə ölkənin digər şəhərlərində təhsil alanların sayı cəmi 67 nəfər idisə, 80-ci illərin əvvəllərində hər il 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi. Bütövlükdə həmin dövrdə Azərbaycandan kənarda 15 mindən çox yüksəkixtisaslı gənc mütəxəssis yetişdirilmişdi. Milli hərbi kadrların hazırlanması üçün Bakıda C.Naxçıvanski adına hərbi məktəbin açılması ilə yanaşı, 1982-ci ildə 1000 nəfərdən çox gənc Sovetlər Birliyinin qabaqcıl ali hərbi məktəblərinə göndərilmişdi.

Ulu Öndər elmimizi və mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini də daim yüksək qiymətləndirirdi. Təsədufi deyil ki, Azərbaycanın onlarla böyük alimi, görkəmli yazarları, tanınmış incəsənət xadimləri və müqtədir sənətkarları sovet dövründə məhz onun qayğısı sayəsində Sovetlər Birliyinin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülmüşdülər.

Ulu Öndərin İttifaq dönəmində respublikaya rəhbərliyi illərində ən böyük xidmətlərindən biri də xalqımızın milli, mənəvi, mədəni dəyərlərinin qorunub saxlanılması ilə yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması ücün möhkəm zəmin yaratması idi. Bunun bariz nümunəsi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin Konstitusiyasmda İttifaqın digər müttəfiq resrublikalarından fərqli olaraq Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi idi.

Ümumilikdə miqyasına görə Azərbaycanın şanlı quruculuq səlnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edən 1969-1982-ci illərdə Ümummilli Lider müdrik uzaqgörənliklə respublikanın gələcək müstəqilliyinə möhkəm iqtisadi bünövrə yaratmışdır.

Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də danılmaz gerçəklikdən qaynaqlanırdı.

1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.

Tezliklə iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikamızın davamlı inkişafı istiqamətində ciddi islahatları da uğurla reallaşdırmışdır. O zamankı məhdud imkanlarını nəzərə alan Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab etmişdir. Ölkənin əsas təbii sərvəti olan neftin yüksək texnologiyalar əsasında çıxarılmasını təmin etmək üçün 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkələsinin

13 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi” adını almış möhtəşəm layihənin imzalanması milli inkişafda dönüş anı olmuşdur. Hasil ediləcək neftin dünya bazarına çıxarılması üçün Bakı- Novorossiysk və Bakı-Supsa kəmərləri yenidən qurulmuş, Bakı-Tbilisi-Ceyhan adlı misilsiz ixrac kəməri çəkilmiş, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng bir qaz kəmərinin əsası qoyulmuşdur.

Qədim İpək Yolunun bərpası konsepsiyası və TRASEKA nəqliyyat dəhlizi layihəsi də Ulu Öndərin yalnız öz xalqı üçün deyil, həm də onun bəşəri miqyasda xidmətlərindəndir. Ölkə iqtisadiyyatının möhkəmləndirilməsi ilə yanaşı, ictimai-siyasi sistemin və hüquqi-dövlət quruculuğunun təkmilləşdirilməsi istiqamətlərində ardıcılıqla həyata keçirilən islahatlar çərçivəsində Ümummilli Lider, ilk növbədə, ölkənin müstəqilliyini təsbit edən Əsas Qanunun hazırlanmasmı məqsədəuyğun hesab etmişdir.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüqııq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. 1995-2003-cü illərdə qəbul edilmiş 1715 qanundan 975-i məhz Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Ulu Öndərin böyük missiyalarından biri də müəyyənləşdirdiyi strateji inkişaf kursunu və iqtisadi tərəqqi strategiyasını özündən sonra inamla, uğurla davam etdirə biləcək layiqli siyasi varis və davamçı yetişdirməsidir. Ulu Öndər hələ 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 31 oktyabrında səlahiyyətlərinin icrasına başlamış dövlətimizin başçısı cənab İlham Əliyev ötən 17 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, Ulu Öndərin xaos və anarxiyadan qurtardığı respublikamızın "Güclü dövlət - müstəqil siyasət” konsepsiyası əsasında inkişafını təmin etmişdir. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkirdi. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tuturdu.

Ötən 17 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 17 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”.

Bu müddət həm də dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid”, "Abşeron” kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, TANAP, TAP layihələrinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı və davamlı inkişafını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun inkişafına təkan verilmişdir. 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən 4 regional inkişaf proqramı bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmış, yoxsulluğun səviyyəsinin azaldılması və məşğulluq probleminin həlli sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Bu proqramların uğurla icra olunmasının mühüm göstəricilərindən biri də son 17 ildə ölkədə 1 milyon 900 mindən çox yeni iş yerinin açılması, habelə yoxsulluğun səviyyəsinin 44,7 faizdən 4,9 faizə, işsizliyin səviyyəsinin 28 faizdən 5 faizə enməsidir.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması təmin edilmişdir.

Sahibkarlığa dövlət dəstəyi eyni zamanda ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqini nəzərdə tutur. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasının təmini də prioritet istiqamətlər kimi önə çəkilir. Özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi, Ümumdünya Ticarət Təşkilatı prinsipləri çərçivəsində daxili bazarın qorunması, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edən tədbirlər kimi diqqəti çəkir.

Azərbaycan Prezidentinin ötən 17 ildə iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biri də hər zaman sosialyönümlülüyün ön plana çəkilməsidir. Cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, dövlətin yürütdüyü siyasətin əsasında insan amili dayanır. Odur ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi davamlı sosial islahatlar həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Son illər əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını bir daha təsdiqləyir.

Ümumilikdə cənab İlham Əliyevin Azərbaycanın modernləşməsi ilə bağlı həyata keçirdiyi tədbirlərə ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şəraitin yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması; yüksək elmi-mədəni tərəqqinin təmini və s. mühüm məsələləri şamil etmək olar.

Respublikanın malik olduğu mövcud potensial Azərbaycanın iqtisadi inkişaf statusunun dəyişməsinə və onun gələcəkdə inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə lazımi imkanlar verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Azərbaycan dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 8 faiz təşkil edir və respublika bu göstəriciyə görə dünyada üçüncü yeri tutur.

Ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm də azsaylı ölkələrdəndir ki, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyini uğurla təmin etməyi bacarmışdır. Bütün bunlar fonunda ölkədə insanların yaşayış səviyyəsinin daim yüksələn xətt üzrə inkişafı, sosial proqramların uğurla icra olunması, maaş və pensiyaların vaxtaşırı artırılması iqtisadi inkişafın həm də vətəndaşların həyatında öz təcəssümünü tapdığını göstərir.

Prezident İlham Əliyevin son 17 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəstxəti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik surətdə gerçəkləşdirilməsini təmin etmişdir.

2020-ci ilin əvvəllərindən etibarən bütün dünyanı ağır sınaqla üz-üzə qoymuş koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar bunu bir daha sübut edir. Digər region ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm sayının nəzərəçarpacaq dərəcədə aşağı olması, ilk növbədə, ölkə rəhbərliyinin yürütdüyü düşünülmüş, qabaqlayıcı tədbirlərin məntiqi nəticəsi kimi təqdirəlayiqdir. Bu reallıq əksər aparıcı ölkələr, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən birmənalı etiraf edilir.

Tətbiq edilmiş sosial təcrid tədbirlərinin iş yerləri müvəqqəti dayandırılmış vətəndaşların rifahına və ölkə iqtisadiyyatına ciddi töhfələri olan sahibkarların işgüzar fəallığına mənfi təsirləri nəzərə alınmaqla, mühüm dövlət proqramlarının işlənib hazırlanması və qəbulu da diqqətdə saxlanılmışdır. Ölkə üzrə müxtəlif kateqoriyalı təbəqələrə 3,5 milyard manata yaxın dövlət yardımının edilməsi bunun əyani təzahürüdür. Eyni zamanda Vergi Məcəlləsinə təklif olunan əlavələrə görə, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövrdə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi; mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin tətbiqi - 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi nəzərdə tutulmuşdur. Koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma da qüvvəyə minmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, son aylarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da koronavirusla mübarizəyə sanballı töhfələrini verir. Xalqa özünəməxsus səmimiyyətlə, isti sözlərlə müraciət edən Birinci vitse-prezident çətin günlərdə hamını həmrəylik nümayiş etdirməyə, qaydalara məsuliyyətlə riayət etməyə çağırmışdır. Onun "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik” fikri cəmiyyətdə mənəvi birliyi daha da gücləndirmiş, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsinə, şəxsi məsuliyyət və nizam-intizamın artırılmasına müsbət təsirini göstərmişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə xarici ölkələrdən zəruri tibbi avadanlıqlar, tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr respublikamıza gətirilərək tibb müəssisələrinə verilmişdir. Rəhbəri olduğu Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük” devizi altında yüz minədək ailəyə ərzaq yardımı göstərməsi də mühüm sosial aksiya kimi vurğulanmalıdır.

Koronavirus pandemiyası ilə bağlı bu gün qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub saxlayır. Bu müddətdə 150-dək ölkə maddi yardım üçün Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumlarına müraciət etsə də, bu sırada Azərbaycanın olmaması qürurverici fakt kimi qeyd olunmalıdır. Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı bununla bağlı demişdir: "Bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə”.

Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların düzgün qəbulundan asılı olur. Azərbaycan hazırda öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Son zamanlar cəmiyyətdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi addımların atılması da bunu bir daha sübut edir.

Azərbaycanın çağdaş tarixində Heydər Əliyev siyasi kursunun təntənəsi kimi xatırlanacaq 2018-ci ilin 11 aprel prezident seçkiləri, eləcə də 2020-ci ilin parlament seçkiləri dünya birliyinə sürətlə inteqrasiya olunan, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla böyük nüfuz sahibinə çevrilən müstəqil dövlətimizin həyatında yeni tarixi mərhələnin əsasını qoymuşdur.

Ölkəmizi anarxiya və xaosdan tərəqqi yoluna çıxarmış Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ötən 27 ildə inkişaf prosesində lokomotiv rolunu oynamışdır. Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşacağı isə qətiyyən şübhə doğurmur.

 

Ağalar VƏLİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 12 iyun.- S.5.