Səmərəli məşğulluğun təminatı

 

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində ölkə əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən gənclərin məşğulluğunun təminatıdır.

Dövlət başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlər sırasındadır. Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və məşğulluq sahəsində növbəti mühüm irəliləyişlərə imkan yaradan "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da gənclərin məşğulluq imkanlarının artırılmasına yönələn tədbirlər yer alıb. Həmçinin gənclərin peşəyönümünün təşkili məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində karyera mərkəzlərinin yaradılmasının və karyera məsləhət xidmətlərinin göstərilməsinin dəstəklənməsi sənəddə əksini tapıb.

 

 

Azərbaycan gənclərin məşğulluğu üzrə on lider ölkədən biridir

 

 

Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri kimi seçilib. Həmçinin son illərdə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytındakı "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasipraktik təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan ölkələr sırasına daxil edilib.

Gənclərin məşğulluğu sahəsində dövlət siyasətinin uğurlu icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən biridir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2019-cu ildə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 103 028 işsizişaxtaran şəxslərdən 23,3 faiziya 24 033 nəfərini məhz gənclər təşkil edib.

Ötən il xidmətin xətti ilə 3168 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, həmin şəxslərdən 1358-i gənclərdən ibarət olub. Gənclərin düzgün peşə seçimi onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir. Bu məqsədlə xidmət tərəfindən 2019-cu ildə 135 minə yaxın gəncə peşəyönümü məsləhət xidmətləri göstərilib.

Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud gənclərə diqqət və qayğısının növbəti təzahürü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb. Mərkəzdə ötən dövrdə ölkəmizin müxtəlif bölgələri üzrə 1850 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub. Hazırda isə burada 105 gənc təlimdədir.

 

 

"Məzun evi

 

Ölkə rəhbərinin dövlət uşaq müəssisələrini bitirən, valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunmasına diqqət və qayğısı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu təbəqədən olan gənclər üçün son illərdə Abşeron rayonunun Masazır qəsəbəsində çoxmənzilli yaşayış binalarından ibarət "Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Gənclər ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun "Məzun eviSosial Müəssisəsinə köçürüləndən sonra ilk növbədə onların aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri, məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər görülüb. Müəssisədəki ştat vahidlərində, habelə ictimai-iaşə xidməti sahələrində elə burada yaşayan gənclər çalışır. Xalçatikiş sexləri də yaradılıb ki, həmin müəssisələrdə də elə sakinlərin özləri işlə təmin olunublar. Eyni zamanda "Məzun evi”ndən yaxın ərazilərdəki müxtəlif müəssisələrdə sakinlərin münasib işlərlə təminatı həyata keçirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və həmin il 7267 nəfər özünüməşğulluğa cəlb edilərək onlara verilmiş aktivlər hesabına ailə təsərrüfatlarını yaradıblar. 2019-cu ildə isə özünüməşğulluq proqramına

10 354 nəfər cəlb edilib və müvafiq təlimləri başa vuraraq, öz biznes planlarını uğurla müdafiə ediblər. Onlar malmateriallar formasında öz aktivlərini alaraq ailə təsərrüfatlarını yaradıblar. Özünüməşğulluq proqramının iştirakçılarının da bir hissəsi məhz gənclərdir. 2019-cu ildə də proqrama cəlb olunaraq kiçik ailə təsərrüfatlarını quranların 1426-sı gənclər olub.

 

Həssas qruplar üçün layiqli iş yerləri

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüzivlayiqli yerlərinin yaradılması” layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına dəstək verilməsi işləri aparılır. Həmin insanlardan da mühüm bir hissəsi məhz gənclərdir. Heydər Əliyev Fondunun "Regional İnkişafİctimai Birliyi ilə birgə icra olunan "Sosial Bağlar” layihəsi özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir. Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-2019-cu illərdə 400-ə yaxın şəxs üçün intensiv meyvə bağlarından ibarət ailə təsərrüfatları yaradılıb. Onlardan bir qismini gənclər təşkil edir.

Nazirlik 2020-ci ildə 11 min nəfərin proqrama cəlb olunmasını planlaşdırıb. Həmçinin özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanacaq. Dünya Bankının "Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs bu proqrama cəlb olunacaq. Eyni zamanda, özəl banklar da həmin sahədə öz dəstəyini verməyə hazırlaşır və indi bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi daşıyır.

 

Gənclərin əmək bazarına çıxışı tələbə və məzunları da əhatə edir

 

Ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədilə "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri təşkil olunur. Bu tədbirlərdə tələbə və məzunlara öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələri, eyni zamanda işəgötürənlərin müasir tələblərə cavab verən ixtisaslı kadrlar seçmələri üçün şərait yaradılır. 2019-cu ildə də 14 ali təhsil müəssisəsində belə tədbirlər təşkil olunub.

Gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən aktiv məşğulluq tədbirlərinin təşkilində qabaqcıl beynəlxalq təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqinə xüsusi önəm verilir. BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra olunan layihə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində ötən dövrdə Bakı, Sumqayıt, Gəncə, Masallı, Zaqatala şəhərlərində yaradılan SYSLAB Təlim-Tədris mərkəzlərində işaxtaran ali təhsilli gənclərdən ibarət ümumilikdə 1000-dən çox gənc təlimlər keçib. Təlimlər zamanı onlarda müasir üsullar, innovativ metodlar əsasında axtarışı bacarıqları formalaşdırılıb və nəticədə həmin gənclərdən 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin ediliblər.

 

 

İ.ƏLİYEVA

Azərbaycan.-2020.- 15 mart.- S.1;3.