Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil
yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli
avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”ndə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün göstərilmiş vəsaitin
900,0 (doqquz yüz) min manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyun
2020-ci il
Azərbaycan.-2020.- 13 iyun.- S.2.