Ölkəmiz COVID-19-a
qarşı mövcud imkanlarını daha da genişləndirir
Qlobal formada pandemiya ilə mübarizə davam edir. Dünya COVID-19-u birdəfəlik məhv etməyin hələlik mümkün
olmadığını anlayaraq,
hər an ayıq-sayıq
dayanaraq onunla bərabər yaşamağa
məcburdur. Çünki ani bir sərvaxtlıq
bütöv xalqları,
ümumilikdə insanlığı
yer üzündən silə bilər. Gözəgörünməz bəla
çox təhlükəli,
aqressiv və səhv bağışlamazdır...
Ölkələr üçün virusdan qorunmağın ən təsirli mexanizmi isə sərt karantin rejimidir. COVID-19-un sürətlə yayıldığı
birinci dalğasında,
demək olar ki, dünyanın hər yerində ondan qorunmaq üçün məhz bu yol seçildi.
Bəlkə də sərt karantin rejimi tətbiq olunmasaydı, hazırkından
daha dəhşətli
vəziyyətlə üz-üzə
qalardıq...
Amma o da reallıqdır ki, ömür boyu karantin rejimində
yaşamağın nəticəsi
də elə dünyanı sona sürükləmək anlamına
gəlir... Çıxış yolu isə qızıl ortanı tapmaqdır. Ya vaksin tapılana qədər tələb olunan qaydalar əsasında yaşamımızı
davam etdirməliyik, ya da...
Vətənimizdə koronavirusa yoluxanlara ən düzgün, ən
humanist yanaşma sərgilənir
Qlobal bəla
Azərbaycandan da yan keçməyib və ölkəmizdə koronavirusla mübarizə çərçivəsində mərhələli şəkildə
mühüm addımlar
atılır. COVID-19-un yol açacağı mümkün faciələrdən
sığortalanmaq üçün
zəruri tədbirlər
görülür. Prezident İlham
Əliyevin rəhbərliyi
altında qlobal böhrana qarşı həyata keçirilən
sosial-iqtisadi model özünü
doğrultdu. Qabaqlayıcı
tədbirlər pandemiyanın
geniş vüsət almasının qarşısını
almağa, onu nəzarətdə saxlamağa
imkan verdi.
Hazırda Azərbaycanda mövcud olan səhiyyə imkanları da buna kömək etdi. Belə ki, son
16 il ərzində
ölkəmizdə bütövlükdə
700-dən çox tibb
müəssisəsi ya
yenidən tikilib, ya da əsaslı
təmir edilib. Koronavirus xəstələrini müalicə
etmək üçün
ən qabaqcıl 20 xəstəxana ayrılıb,
ümumi sayı 20-dən
çox yeni laboratoriyalar alınıb.
Azərbaycan dünya miqyasında
nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə
alır. Ölkəmizdə
koronavirusdan ölənlərin
sayının az olmasının əsas səbəblərindən
biri də məhz odur ki, yoluxmuş bütün xəstələr
tibbi müəssisələrə
qəbul edilir və onlara lazımi xidmət göstərilir.
Göründüyü kimi, Azərbaycanda koronavirusa yoluxanlara yanaşma ən düzgün, ən
humanist yanaşmadır. Digər tərəfdən,
dövlət başçısının
tapşırıq və
tövsiyələrinə əsasən
həssas təbəqələrə
sosial dəstək verildi, onlara 190 manat birdəfəlik ödənişlər ayrıldı
və bu dəstəyin əhatə
etdiyi insanların sayı xeyli genişləndirildi. Dövlətimiz hər zaman olduğu kimi, bu çətin dövrdə də bütün səylərini
vətəndaşının sağlamlığı, təhlükəsizliyi
və yaşam şərtlərinin yaxşılaşdırılması
istiqamətinə yönəltdi.
Sanitar-epidemioloji vəziyyət nəzarətdədir
Amma koronavirus təhlükəsi
bitməyib və hər an yenidən
alovlana bilər. Elə yumşalmalar ərəfəsində
müəyyən qaydalara
əməl edilməməsi
səbəbindən yoluxma
sayında artımın
müşahidə olunması
bunu təsdiqləyir.
Buna görə də yeni növ koronavirus
xəstəliyi ilə
bağlı mövcud
sanitar-epidemioloji vəziyyət
təhlil edilmiş və xəstəliyin yayılma dinamikası nəzərə alınaraq
ölkə üzrə
xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat
00:00-dək uzadılmasına qərar verilib.
Ölkə üzrə sanitar-epidemioloji
vəziyyətin təhlilinə
əsasən, son günlər
Yevlax, İsmayıllı,
Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan
COVID-19 virusunun yayılma
sürətinin azaldılması,
eləcə də onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə 2020-ci il
14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin,
Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir
və Salyan rayonlarının ərazisində
sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Bu ərazilərdə bütün
iş, xidmət və ticarət sahələri üzrə
fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti
dayandırılır (xüsusi
təyinatlı, qəza-bərpa,
təcili tibbi yardım avtomobillərinin
və fəaliyyətinə
icazə verilən orqanların (qurumların)
və təşkilatların
xidməti, həmçinin
onların əməkdaşlarına
məxsus şəxsi
avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində
iştirakla əlaqədar
vətəndaşların şəxsi
avtomobillərinin hərəkəti
istisna olmaqla);
Bu müddətdə əhalinin
yaşayış yerlərini
və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına
görə fiziki, hüquqi və vəzifəli şəxslər
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
Mövcud sanitar-epidemioloji vəziyyətə
uyğun olaraq digər günlərdə
65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən
və ya olduğu yerlərdən çıxmamaları tövsiyə
olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması
məqsədilə xüsusi
karantin rejimi müddətində respublika
üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində insanların
bir yerdə 10 nəfərdən artıq
qruplarda cəmləşməsi
qadağasına, qoruyucu
vasitələrdən istifadə
edilməsi qaydalarına
ciddi əməl olunması tələb edilir.
Həftəsonu sərtləşmənin qonşu ölkələrdəki
praktikaya əsaslandığını
söyləyən TƏBİB-in xəstəliklərin profilaktikası
və nəzarəti şöbəsinin müdiri
Yaqut Qarayeva bildirib ki, Türkiyədə
həftəsonu sərtləşmə
təcrübəsi araşdırılıb:
"Orada bunun nəticələri 10 faiz
azalma ilə özünü göstərir.
Amma bu, 1-2 gün daxilində özünü
göstərə bilməz.
Bu xəstəliyin 14 günlük inkubasiya dövrü var. Həftəsonu
karantinin nəticəsini
ən azı 10 gün sonra görəcəyimizə ümid
edirik”.
Pandemiya
dövründə hava
nəqliyyatı ilə
sərnişin daşımaları
Bununla yanaşı,
iyunun 15-dən daxili uçuşların bərpası
nəzərdə tutulur
və ilkin mərhələdə Naxçıvana
həftədə iki uçuşun olması planlaşdırılır. Nazirlər
Kabineti tərəfindən
təsdiqlənən "Koronavirus
(COVID-19) pandemiyası dövründə
Azərbaycan Respublikasında
uçuşların və
hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili
üzrə müvəqqəti
Qaydalar”da göstərilir
ki, sərnişinlər
uçuşdan ən
azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər.
Qaydalara əsasən, aviaşirkətlərin
bütün reyslərində
əl yükünün
daşınmasına icazə
verilmir. Aviaşirkətlərin qaydalarına əsasən,
müəyyən edilən
yalnız şəxsi
istifadə əşyalarının
(noutbuk, portfel, qadın çantası və s.) daşınması
mümkündür.
Həmçinin, əhali sıxlığının
qarşısının alınması
məqsədilə qarşılayan
və yola salan şəxslərin terminala girişi qadağandır.
Sərnişinlər Azərbaycan Respublikasının
hava limanlarında tətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlər
barədə uçuşu
icra edən aviadaşıyıcı tərəfindən
əvvəlcədən xəbərdar
ediləcəkdir.
Bu tələbləri pozan şəxslər qanunvericiliyin tələblərinə
uyğun olaraq məsuliyyətə cəlb
olunacaqlar.
Cəmiyyətimiz yeni davranış
qaydaları çərçivəsində
yaşamağa öyrəşməlidir
Bəli, indi cəmiyyətimiz yeni davranış qaydaları çərçivəsində
yaşamağa öyrəşməlidir. Koronavirusa yoluxmamaq
üçün bütün
qapalı yerlərdə,
ictimai nəqliyyatda, ofislərdə, alış-veriş
mərkəzlərində və
digər yerlərdə
maskadan istifadə mütləqdir. Hər kəs
məsafə saxlamalı,
şəxsi gigiyena qaydalarına riayət etməlidir. Tibbi maska,
bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri - insanları
95 faiz yoluxmadan qoruyur.
Artıq bu bir reallıqdır
ki, koronavirus həyatımızın bir
parçasına çevrilib. Onu yox kimi saymaq, ondan
qorxmamaq əvəzinə
ona qarşı davranışları, mübarizə
qaydalarını öyrənmək
lazımdır. Sərt karantin
rejiminin yumşaldılması
COVID-19 təhlükəsinin sovuşması anlamına
gəlmir. Bütün tədbirlərə
baxmayaraq, virus bizimlədir
və yox olmayıb. Yaxın zamanda isə
vaksinin əldə edilməsi gözlənilmir.
Bu isə o deməkdir
ki, yeni qaydalar çərçivəsində
yaşamağa alışmaq
lazımdır, özü
də tezliklə...
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 13 iyun.- S.5.